Formula 1 Qran Prisi yenidən Bakıda!

23 -25 iyun tarixlərində Bakıda yenidən Formula-1 2017 yarışları keçiriləcək. Baku City Circuit şəhər halqasının 6,006 km-dir. Layihənin müəllifi Formul 1-in müasir yollarının memarı German Tilkedir. Yol Bakının mərkəzində yerləşir və şəhərin ən gözəl yerlərindən keçir. Yolun eni 13 metrdən 7.6 metrə qədərdir. Yolun tribunasına 30 000 tamaşaçı yerləşəcək.

Qran Pri F1-ə bilet əldə edən hər kəs dünya ulduzlarının konsertinə giriş əldə edəcək. 4 günlük yarış uik-endinə sadəcə üç günlük yarış deyil, həm də əyləncəli proqramlarda, favoritlərin avtoqraf sessiyalarında və 22 iyun, cümə axşamı günü pit-leyndə xüsusi təşkil edilmiş gəzintidə iştirak etmək imkanı daxildir.

Satışda istənilən tribunaya 2-16 yaş uşaqlara nəzərdə tutulmuş imtiyazlı biletlər də daxil olmaqla müxtəlif kateqoriyalar üçün biletlər var.

Qeyd edək ki, Tarkan Formula 1 Qran Prisinin yarış uik-endinin ilk gününün aparıcı ifaçısı elan edilib. The Black Eyed Peas qrupu və Nikol Şizenger yarış həftə sonları çərçivəsində çıxış edəcək. Yarışları ecazkar Meray Keri möhtəşəm konsert proqramı ilə bağlayacaq.

Bundan əlavə bilet sahiblərini xüsusi endirimlər gözləyir. Bakı şəhər halqası yaxınlığında yerləşən 50-dən artıq şirkət bilet əldə etmiş tamaşaçılara Qran Prinin başlanğıcına qədər 20 faiz endirim təklif edəcək.

gər Formula 1 yarışlarına tribunadan baxmaq istəmirsinizsə, yarışları harada  komfortla izləmək olar sualını verirsinizsə, bu təklif ürəyinizcə olacaq:

Four Seasons Hotel Baku ilin ən vacib idman hadisəsi Formula 1 yarışlarına xüsusi təklif hazırlayıb. 24 və 25 iyun Kaspia öz qapılarını qonaqlar üçün açacaq. Qonaqlar Qran Pri Azərbaycanı Kaspia-nın eyvanından izləyə biləcək! Həmçinin baş aşpazımız Talhi Barkindən xüsusi menyu, məhdudiyyətsiz alkoqollu və alkoqolsuz içkilər və canlı musiqi.

Bir nəfər üçün -290 AZN.



Şəhər
YARAT Freestyle: "Dizayn metodologiyası. Yerlərdə tədqiqat"

4 aprel tarixində, "AOUMM" memarlıq şirkətini təmsil edən italyan memarı Mateo Umberto Poli, YARAT Müasir İncəsənət Mərkəzində "Dizayn metodologiyası.

ARTIM: Şəlalə Salamzadə / Vizual kommunikasiya

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Təcrübə. Düşüncə. Nəticə." sərgisi çərçivəsində vizual rəssam Shalala Salamzadeh ilə keçiriləcək yeni vizual kommunikasiya dünyasından ilhamlanmış incəsənət haqqında müzakirəyə dəvət edir.

YARAT Film Klub: Yeni il gecəsində möcüzə

Martın 19-u Bakı Uşaq Kino Məktəbinin şagirdləri tərəfindən çəkilmiş "Yeni il gecəsində möcüzə" qısametrajlı filmini təqdim edəcəyik.

YARAT Film Klub: "Bu sevgidir"

Əziz kinosevərlər, sizi martın 5-i filosof və konseptual rəssam Teymur Daiminin "Bu sevgidir" adlı filminə baxmağa dəvət edirik.

Bütün məqalələr
Christmas Brunch at Hyatt Regency Baku

Milad Bayramını bizimlə qeyd edin. Xüsusi bufet, canlı müsiqi və uşaqlar üçün Santadan hədiyyələr sizi gözləyir!

Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu