Metropolitenin vaqon təchizatı ilə bağlə yeni müzakirələr

  • 15.06.2017
  • 19751

  • İdman

Bakı metropoliteni ilə Rusiyanın metro vaqonlarının istehsalçı şirkəti olan "Transmaşholdinq" QSC arasında əlaqələr yeni müstəvidə genişləndirilir.
Bu gün "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov "Transmaşholdinq" QSC-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Görüşdə "Transmaşholdinq" QSC-nin direktoru Kiril Lipa, müəssisənin direktorlar şurasının sədri Andrey Andreyev, biznesin inkişafı üzrə kommersiya direktoru Andrey Vasilyev və "Transmaşholdinq" QSC-nin şirkətlər qrupuna daxil olan "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov iştirak edib.
 

Baki Metropoliteni
Səfər çərçivəsində əməkdaşlığın geniş perspektivləri, fikir və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. Qeyd edək ki, "Transmaşholdinq" QSC-nin şirkətlər qrupuna daxil olan "Metrovaqonmaş" ASC ilə metro vaqonlarının və vaqon komplektlərinin təchizatı haqqında müqavilə imzalanması nəzərdə tutulub.
İmzalanması nəzərdə tutulan müqaviləyə əsasən, istehsalçı müəssisə Bakı metropolitenini yeni nəsil 81-765/766/767 seriyalı qatarlar ilə təchiz edəcək. Bu vaqonlar texnologiyaların ən son nailiyyətləri ilə təchiz olunmaqla, müasir tələblərə cavab verir. Ən yüksək təhlükəsizlik tələblərinə cavab verən vaqonlar paslanmayan poladdan istehsal ediləcək. Asinxron dartı mühərriki ilə təchiz olunan qatarlarda yeni nəsil kompüter texnologiyalarına söykənən idarəetmə sistemləri tətbiq edilib. Həmçinin əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarlarda tətbiq olunan texnologiyalar sayəsində elektrik enerjisinə 30 faiz qənaət olunacaq. 



Qeyd edək ki, Sovet dövründə Bakı metropoliteninin yeganə vaqon təminatçısı olan "Metrovaqonmaş" şirkəti 2015-ci ilin aprel ayında "Transmaşholdinq" QSC-nin bloklayıcı paketinin sahibi Fransanın "Alstom" şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı metropolitenini texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub və hər biri 5 vaqondan ibarət 81-760.B/761.B/763.B modelli 3 yeni qatarla təchiz etmişdi. Müqaviləyə əsasən, istehsal olunacaq qatarlar həmin analoqları ilə müqayisədə daha təkmilləşdirilmiş olacaq. Sərnişin rahatlığı və təhlükəsizliyinin müasir tələblərinə cavab verəcək səs-küysüz, kondisionerləşdirilmiş və mikroiqlim nəzarəti olan vaqonlar geniş qapı keçidi ilə seçiləcək.

Əgər əvvəlki modellərdə qapı keçidləri 1250 mm idisə, yenilərində 1400 mm olacaq. Bu isə sərnişinlərin qatara daha rahat minib-düşməsinə, qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına təsir edəcək. Vaqonların sahəsi əvvəlki modellərdən fərqli olaraq 15 faiz genişləndirilib və döşəməsi yeni kompozit materiallardan hazırlanır. Daha etibarlı və uzunömürlü işıqdiodlu işıqlanma sistemi həm də salonun mikroiqlim şəraitinə də uyğunlaşdırılır. Sərnişin informasiya sistemləri, həmçinin müasir elektron və interaktiv elementləri, eləcə də oturacaqları və tutacaqları da əvvəlkilərlə müqayisədə daha təkmilləşdirilərək, sərnişin rahatlığı baxımından yeniliklərlə zənginləşdirilib.

Ümumiyyətlə, Bakı metrosu üçün istehsal olunacaq yeni qatarlar bir sıra yenilikləri ilə seçiləcək və istehsal prosesi dövründə oxucularımıza bu barədə daha geniş məlumat veriləcək.



İdman
Kiber Oyun Arenaları

Özünü əsl geymer kimi hiss etmək istəyənlər üçün Bakıda və Sumqayıtda müxtəlif Kiber oyun arenaları mövcuddur. Oyunçular üçün ən yaxşı və maraqlı oyunları bir yerə toplayan oyun arenalarında hər zaman əyləncə var!

Bakıda 7 peşəkar atıcılıq fəaliyyətləri

Özünüzü atıcı kimi sınamaq istərdinizmi? İndi mümkündür! Canlı duyğular və unudulmaz təəssürat uzun müddət yaddaşınızda qalacaq. Həyəcan, adrenalin və strategiyanı birləşdirən 7 oyunu diqqətinizə təqdim edirik.

Bakıda qadınlar üçün 5 ən yaxşı hovuz

Bu yerlərdə hovuz yalnız müəyyən gün və saatlarda qadınlar üçün xidmət göstərir. Üzməyə gəlin və formada qalın!

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!