Kubalı rəssam Daniela Pereranın fərdi sərgisi
14 iyun ATV telekanalının qalereyasında Kubalı rəssam Daniela Pereranın Azərbaycanla Kubanın diplomatik əlaqələrinin bərpasının 25 illiyinə həsr olunmuş fərdi sərgisi açılıb. Sərgidə rəssamın son iki ildə üzərində çalışdığı müxtəlif texnikalı işlər təqdim edilib. Daniela Perera məmnuniyyətlə CityLife-ın suallarını cavablandırıb:
Daniela, işlərinizdə hansı texnikadan istifadə edirsiniz?
Müxtəlif texnikalardan istifadə edirəm. Eksperiment aparmağı sevsəm də, karandaşa üstünlük verirəm. Lakin karandaş, akvarel (baxmayaraq ki, bu texnikadan istifadə edərkən çətinik çəkirəm), tuş, quaş, akril istifadə edirəm. Kubada uşaq vaxtı çox rəsm çəkirdim, sonra tatuirovka sənəti ilə maraqlandım. Uzun müddət bu texnikanı öyrəndim və tatu ustası kimi işləməyə başladım. Tatu işi olduqca çətindir, belə ki, rəssamın tatu çəkərkən səhv etmək haqqı yoxdur. Bakıda Akademiyaya məni nənəm (qonaq gələrkən) gətirdi ki,işlərimə baxılsın.
Yaradıcılığınıza ən çox nəyin təsiri olub?
Bu suala cavab vermək kifayət qədər çətindir... Anamın sözlərinə görə ilk karandaşı mənə qonşumuz verib. O özü gözəl rəssamdır və mənim ilk uşaq rəsmlərim onun iş masasında yaranıb. Bacımla məni tez-tez muzeylərə aparırdılar.
Gənc Azərbaycan rəssamları Kubalı həmyaşıdlarından nə ilə fərqlənir?
Fikrimcə, rəssamlar yaradıcı insanlardır və gənc və ya artıq yaşa dolmuş rəssam bir-birindən az fərqlənir. Hamımızın bir məqsədi tamaşaçıda və ya oxucuda bu və ya digər mövzuya maraq oyatmaqdır. Biz hamımız xeyirxahlıq və ədalət üçün çalışmalıyıq.
Azərbaycanda hansı mövzu sizin üçün daha maraqlıdır?
Azərbaycanda məni ən çox qədim azərbaycan mövzusu, adət və ənənələr maraqlandırır. Ümid edirəm ki, nəhayət Azərbaycanın royanlarını gəzə biləcəm. Uşaqlıqdan atları və Qarabağ ayğırlarını sevirəm. Əlbəttə ki, müharibə və sülh mövzusu da maraqlıdır.
Sizin yapon teatrı Kabukiyə həsr edilmiş maraqlı işləriniz var?
Bəli, bu mövzu mənim üçün xüsusi olaraq maraqlıdır. Mən yapon miniatürü Ukiyö həvəskarıyam. Heç bir Festivalı qaçırmıram!