Kubalı rəssam Daniela Pereranın fərdi sərgisi

  • 16.06.2017
  • 9607

  • Mədəniyyət

14 iyun ATV telekanalının qalereyasında Kubalı rəssam Daniela Pereranın Azərbaycanla Kubanın diplomatik əlaqələrinin bərpasının 25 illiyinə həsr olunmuş fərdi sərgisi açılıb. Sərgidə rəssamın son iki ildə üzərində çalışdığı müxtəlif texnikalı işlər təqdim edilib.  Daniela Perera məmnuniyyətlə CityLife-ın suallarını cavablandırıb:
Daniela, işlərinizdə hansı texnikadan istifadə edirsiniz?

Müxtəlif texnikalardan istifadə edirəm. Eksperiment aparmağı sevsəm də, karandaşa üstünlük verirəm. Lakin karandaş, akvarel (baxmayaraq ki, bu texnikadan istifadə edərkən çətinik çəkirəm), tuş, quaş, akril istifadə edirəm. Kubada uşaq vaxtı çox rəsm çəkirdim, sonra tatuirovka sənəti ilə maraqlandım. Uzun müddət bu texnikanı öyrəndim və tatu ustası kimi işləməyə başladım. Tatu işi olduqca çətindir, belə ki, rəssamın tatu çəkərkən səhv etmək haqqı yoxdur.  Bakıda Akademiyaya məni nənəm (qonaq gələrkən) gətirdi ki,işlərimə baxılsın.

Yaradıcılığınıza ən çox nəyin təsiri olub?

Bu suala cavab vermək kifayət qədər çətindir... Anamın sözlərinə görə ilk karandaşı mənə qonşumuz verib. O özü gözəl rəssamdır və mənim ilk uşaq rəsmlərim onun iş masasında yaranıb. Bacımla məni tez-tez muzeylərə aparırdılar.

Gənc Azərbaycan rəssamları Kubalı həmyaşıdlarından nə ilə fərqlənir?

Fikrimcə, rəssamlar yaradıcı insanlardır və gənc və ya artıq yaşa dolmuş rəssam bir-birindən az fərqlənir. Hamımızın bir məqsədi tamaşaçıda və ya oxucuda bu və ya digər mövzuya maraq oyatmaqdır. Biz hamımız xeyirxahlıq və ədalət üçün çalışmalıyıq.

Azərbaycanda hansı mövzu sizin üçün daha maraqlıdır?

Azərbaycanda məni ən çox qədim azərbaycan mövzusu, adət və ənənələr maraqlandırır. Ümid edirəm ki, nəhayət Azərbaycanın royanlarını gəzə biləcəm. Uşaqlıqdan atları və Qarabağ ayğırlarını sevirəm. Əlbəttə ki, müharibə və sülh mövzusu da maraqlıdır.

Sizin yapon teatrı Kabukiyə həsr edilmiş maraqlı işləriniz var?

Bəli, bu mövzu mənim üçün xüsusi olaraq maraqlıdır. Mən yapon miniatürü Ukiyö həvəskarıyam. Heç bir Festivalı qaçırmıram!



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!