"CinemaPlus Ganjlik Mall"-da "Spark" cizgi filmin təqdimatı baş tutub

Premium kinoteatr "CinemaPlus Ganjlik Mall"-da 2017-cı ildə "Cinemazadeh" studiyasında azərbaycan dilində peşəkar dublyaj olunmuş "Spark. Bəşəri Qəhrəman" cizgi filmin təqdimatı baş tutub.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, prodüseri Tural Əsədov, səs rejisoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, direktor Cəfər Axundzadə.

Animasiya filmini əməkdar artistlər Murad Dadaşov, Sənubər İsgəndərli və Cabir İmanov, İslam Mehrəliyev, Hüsniyyə Məhərrəmova, Tural Əsədov, Azər Aydəmir, Rövşən Məmmədli kimi məşhur aktyor və aparıcılar səsləndirib.

Ailəvi komediya cizgi filminin rejissoru Aaron Vudlidır.

Cizgi film haqqında qısa məlumat: Qüdrətli şər qüvvələr gözəl planeti zəbt ediblər və kainatı əsarət altına alıblar. Lakin heç nə Spark və onun dostlarını təslim olmağa məcbur edə bilməz.

Əgər səndə cəsur və xeyirxah ürək, qalib gəlməyə əyilməz əzm və sadiq komanda varsa istənilən vəzifənin öhdəsindən gələ bilərsən. Kainatın xilası üçün ulduz tapşırığı başlayır.

"CinemaPlus" kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

 



Kino
Frankofoniya Film Festivalın Proqramı

Frankofoniya Film Festivalın Proqramı

“START” Festivalı “CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmini nümayiş etdirəcək

“CinemaPlus” kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası baş tutacaq.

YARAT Film Klub: Məddah

Bir zamanlar çox məşhur teatr aktyoru olan Əziz, hal-hazırda evsiz olduğundan dostlarının köməkliyi ilə otellərdə qalır.

9-cu Avropa Film Festivalına Bakıda start verildi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, Norveç Səfirliyi, Park Cinema ilə əməkdaşlıqda Bakıda 9-cu Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 10-21 oktyabr tarixlərində keçiriləcəkdir.

Bütün məqalələr
Bakıda buz meydançası fəaliyyətə başladı

İyunun 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, olimpiya çempionları və digər rəsmi şəxslər iştirak ediblər.

Bakıda gürcü mətbəxini dada biləcəyiniz məkanlar

Gürcü təamları ilə fərqli dadlar sınamaq istəyənlər üçün Bakıda gürcü restoranları mövcuddur. Bu restoranlarda nəinki təamlardan, həmçinin məkanların interyerindən zövq ala biləcəksiniz.

Bakıda Dietik Yeməklər verən 8 restoran

Bu pəhriz restoranları sağlam həyat tərzini sevənlər arasında yeni trendə çevrilib

Bakıda Top 8 ən populyar Karaoke məkanları

Bu Karaoke məkanlarında musiqisevərlər mahnı oxuyaraq və əylənərək unudulmaz vaxt keçirə bilərlər.