Ata layklardan ötrü uşağını pəncərədən bayıra salladıb. Məhkəmə onu həbs cəzasına məhkum edib
Əlcəzairdə məhkəmə bir kişini bəyənilmədən ötrü uşağını pəncərədən bayıra sallatdığı üçün onu həbs cəzasına məhkum edib.
Bu barədə Al Arabiya kanalı məlumat verir. Məhkum feysbuk səhifsində uşağın şəklini dərc edərək -1000 layk yoxsa onu ataram sözlərini yazıb. Məlumat verilir ki şəkil 15-ci mərtəbədə çəkilib.
Şəkildən görünür ki atası uşağı yalnız paltarından tutur. Ata başa düşmür ki onun bu iyrənc hərəkəti gələcəkdə uşağın psixikasına necə təsir edə bilər. Yaşadıqlarına görə uşaq gələcəkdə panik-ataklardan əziyyət çəkəcək- psixoloqlar deyir.