Bakıda ən dadlı dondurmanı harada yemək olar?

  • 03.07.2017
  • 78541

  • Yemək

Hələ uşaqlıqdan çox sevdiyimiz dondurmanı yayın bu qızmar vaxtında yeməsək nə vaxt yeyəcəyik? Dondurma sevməyən adam çətin tapılsın. Meyvəli, qaymaqlı, plombir, şokoladlı... Növlərini sayıb qurtarmaq mümkün deyil! Dondurma həmişə yüngül, sərinləşdirici və inanılmaz dadlıdır. Paytaxtımızda ən dadlı dondurmanı harda yemək olar? Dondurma verilən ən məşhur məkanları sizlər üçün seçmişik. 

Senior Mansimo
Yay bizi öz istiliyi ilə sevindirməyə davam edərkən sərinləməyin əsl vaxtıdır. Bu isti günlərdə nəfis qaymaqlı dondurma çeşidlərini nə əvəz edə bilər?! Vaflidə verilən meyvəli, çiyələkli, şokoladlı, üzərinə dadlı sous tökülmüş və ya sadəcə qabda verilən meyvəli, peçenyeli, giləmeyvəli və ya şokoladlı? Kim belə ləzzətin qarşısında dayana bilər? Dondurmanın yanına blinlər və ya belçika vafliləri və ətirli kofe götürə bilərsiniz...
Ünvan: Xaqani küç., 5; Meqafan; Ganjlik mall


Buffetique
Bu rahat məkanda isti yayı daha sərin hiss etməniz üçün hər şey edilib. İstədiyiniz dondurmanı seçin: karamelli, limonlu, vanilli, şokoladlı, bubble gum, qarağat və ya çiyələkli. Dondurmanın bir topu - 2 AZN. 
Ünvan: Y.Məmmədəliyev küç., 40c

CadOro Ice Cafe

Bəlkə də ispanlar daha yaxşı futbol oynayır, lakin italyan dondurmasına rəqib yoxdur. Əsl italyan dondurmasının dadına Cadoro Ice Cafe-də baxın! Əvvəlcədən deyək ki, seçmək çox çətin olacaq: burada vanilli, kakoslu, şokoladlı, tiramisu, limonlu, krem-karamelli, vişnəli, qarağatlı, kofeli, şokoladlı, püstəli və digər başqa növlər.
Ünvan: Ü.Hacıbəyli küç., 16, Fətəli Xan Xoyski prospekti, Genclik Mall, 3-cü mərtəbə

Papparoti Baku
Bu kafe bütün şəhərin çox sevdiyi dadlı bulkaları ilə məşhurdur, amma burada dondurma da verilir. Dondurmalı bulkalar! Şirin yeməyi sevənlərin kofe ilə verilən dondurma ürəyincə olacaq.
Ünvan: R.Rza küç.,11

Palid Cafe & Restaurant
Bu restoran Qış Bulvarının düz mərkəzində yerləşir. Burada geniş çeşiddə yeməklər, eyni zamanda yay desertləri təqdim edilir. Axı yay ən çox gözlənilən mövsüm, sərinləşdirici içkilər, buzlu mahito və dondurma mövsümüdür. Restoranın yay terrası açıq havada nahar və ya şam yeməyi üçün ideal məkandır.

Coffee Go

Həyatda sevinmək üçün çox səbəbimiz var: bu, yaxın adamın təbəssümü, xoş xəbər və ya sadəcə Coffee Go-da dadlı dondurma ola bilər. Burada dondurma elə ləzzətlidir ki, sonsuz sayda yemək olar!  1 top - 1 AZN, 2 top - 2AZN, 3 top -2.50 AZN.
Ünvan: Rəsulzadə küç.,5

 

Baku cafe
Baku Bisque Cafe-ə yay gəlib: bu dondurma kimi ləzzətli və rəngarəng yay desertləri. Cəmi 7 AZN-ə bu unudulmaz dadı hiss edə bilərsiniz.

Paul
Paul-da qəti şəkildə deyilir: dondurma bütün problemləri həll edir və səhərinizi parlaq və təkrarsız edəcək! Biz də bu şüara inanırıq, çünki Paulda dondurma yedikdən sonra əhval-ruhiyyə yüksəlir! Bakının istisindən Paulun terrasında dondurma yeyərək istirahət edə bilərsiniz.
Ünvan: Neftçilər pr.,153

Hocca coffee and bar
Hələdə buranın dondurmalı meyvə salatının dadına baxmamısınız? Bəs zərif krepdə meyvəli dondurmanın? Belə səhvi təcili olaraq düzəltmək lazımdır!

Bazaar Delights Cafe
Xoş havadan, gəzintidən və ləzzətli dondurmadan birlikdə zövq almaq istəyirsiniz? Bazaar Delights Cafe -bu problemin sadə həllidir. Cəmi 1 AZN-ə dondurmadan həzz alın. Burada sizi həm dadlı, həm də təbii inqredientlərdən hazırlanmış ev dondurması gözləyir.

Boombalambuz

Burada inanılmaz və ləzzətli şirniyyatlar, kokteyllər, milkşeyklər təqdim etməklə yanaşı, həm də dondurma üzərində təcrübələr aparılır. Black Forest dondurmasını 6 AZN-ə götürün və möcüzəli şokolad dadından həzz alın. Bu yayın əsl hiti isə -cəmi 5 AZN-ə təbii meyvəli Buzzi.
Ünvan: H.Z.Tağıyev küç.,14

Carrousel Chocolatier

Bir az dadına baxsanız, Carrousel dondurmasından imtina edə bilməyəcəksiniz. Öz zövqünə görə seç! Carrousel-dən dondurma -zərif vaflidə verilən dadı damağınızdan getməyəcək bir həzzdir. Gəlin və özünüz əmin olun! Bu sevimli məkanda təbii komponentlər və süd məhsullarından hazırlanan konservantsız və boyasız ləziz dondurmaların dadına baxa bilərsiniz. 
Ünvan
: Azərbaycan pr.,1


Coffee House
İyul -dondurmanın əsl vaxtıdır! "Kofe Hauz"da yay desertlərindən zövq alaq! Hər zövqə uyğun, plombir, müxtəlif növ meyvəli və giləmeyvəli dondurma sizi məmnun edəcək.
Ünvan: Əziz Əliyev küç, 31B

Bubble Waffle Cafe
Burada sizə yalnız dadlı və rəngarəng dondurma deyil, həm də endirim təklif ediləcək! Sizi Happy Ice Days gözləyir! Bazar ertəsindən bazara qədər dondurmalara maraqlı endirim: həftənin günlərindən asılı olaraq endirim dəyişir. Beləliklə, bazar ertəsi 50% endirim, çərşənbə axşamı -40%, çərşənbə -30%, cümə axşamı -20%, cümə -10%. Olduqca uyğun qiymətə arzuladığınız dondurmanın dadına baxmaq şansını qaçırmayın!
Ünvan: Nizami küç.,87



Yemək
Google reytinqinə görə Bakının ən yaxşı pubları

Bu pablar xüsusi atmosferi, geniş çeşidli yemək və içkilər və əla xidmətə görə ziyarətçilər tərəfindən yüksək qiymətləndirilir.

Balıq yemək üçün 10 tanınmış restoran

Növbəti məkanlarda balıq yeməklərinə üstünlük verilir

Christmas Brunch at Hyatt Regency Baku

Milad Bayramını bizimlə qeyd edin. Xüsusi bufet, canlı müsiqi və uşaqlar üçün Santadan hədiyyələr sizi gözləyir!

Sevgililər Günü

Sevgililər Günü üçün özəl bir təklif hazırlayıb!

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.