Park Cinema-da (Flame Towers) film-sərgilərin nümayişi olacaq

  • 06.07.2017
  • 11794

  • Kino

Park Cinema-da (Flame Towers) film-sərgilərin nümayişi olacaq. Bu, incəsənət tarixinə kinoteatrda toxunmaq üçün bir imkandır. Rəssamlar və incəsənət haqqında ən yaxşı sənədli filmlər: son on illiyin ən böyük sərgiləri -bütün bunlar indi yeni formatda. İncəsənətşünaslar və aktyorlar, tarixçilər və musiqiçilər sevimli əsərləri və muzeyləri haqqında danışmaq üçün birləşirlər. 

16 iyul Park Cinema Flame Towers-də.
"Rəsmdə bağlar: Monedən Matissaya qədər" (Painting the Modern Garden: Monet to Matisse)

Klod Mone dünya incəsənətində ən məşhur bağbanlardan biri olmuşdur və məhz bağlara həsr edilmiş rəsm əsərləri tarixində vacib fiqurlardandır. Lakin o öz marağında heç də tək deyildi - bağları öz rəsmlərində canlandırmağa üstünlük verən Van Qoq, Pissarro, Bonnar, Sarcent və Matiss kimi dahilər də onunla bu marağı bölüşür. Bu dahilərin işləri Londonun Kral akademiyasında Klivlend incəsənət muzeyi tərəfindən təşkil edilən tematik sərgidə təqdim ediləcək.

23 iyul 13:00-da Park Cinema Flame Towers-də
"Qoya: Cisim və Qandan ibarət obrazlar
" (Goya: Visions of Flesh and Blood)
Filmdə Qoyanın şəxsi məktublarına əsaslanaraq rəssamın təyin etdiyi yerlərdə aparılan çəkilişlər və onun ölümsüz şedevrlərinin nümayiş etdirilməsi rəssamın və onun yaşadığı zamanın portretini yaradır. Qoya qarşısında poza alanlar arasında krallıqdan xanımlar və siyasətçilər, aristokratlar və rəssamın yaxın dostları var; bu insanların hamısını rəssam emosiyaları, üz ifadələrini göstərərək öz zamanı üçün olduqca qeyri-adi çəkib.

30 iyul 13:00-da Park Cinema Flame Towers-də
"Renuar– naməlum rəssam" (Renoir: Revered and Reviled)

Rejissor: Fil Qrabski
Pyera-Oqyusta Renuaranı hər kəs onun Paris təsvirli impressionist əsəri ilə tanıyır. Bu rəsmlər dünya sərvətlərinə daxil edilib -lakin rəssam bu üslubdan tez yorulub və kursunu dəyişib. Filmdə Renuarın Filadelfiyada Barns fondunda saxlanılan son işlərindən ibarət kolleksiyasına əsaslanılıb. Bu fondda rəssamın hələ də qabarıq hisslər oyadan 200-dən artıq əsəri var -bəziləri cəlb edir, digərləri isə iyrəndirir.

6 avqust 13:00-da Park Cinema Flame Towers-də.
"Leonardo" (Leonardo Live)

Filmin əsasında Londonda The National Gallery-də keçirilən "Leonardo da Vinçi: Milan həyətinin rəssamı" sərgisinin ekskursiyası dayanır. Milli Qalereya bu ekskursiyann açılışına İtaliya, Fransa, ABŞ, Rusiya və Polşanın muzeylərilə müqavilə bağlayaraq 15 il hazırlaşıb.

13 avqust 13:00-da Park Cinema Flame Towers-də
"Migelanjelo: Sevgi və ölüm" (Michelangelo: Love and Death)

Rejissor: Devid Bikerstaff
İntibah dövrünün, bəlkə də bütün dövrlərin ən vacib rəssamlarından biri Milli qalereyada irimiqyaslı sərginin obyektinə çevriləcək. Dünya mədəniyyətiin şedevrlərinin müəllifi həm rəsm əsərləri yaradır, həm də heykəltəraşlıq memarlıqla məşğul olurdu. Yeni film dahi rəssamın həqiqi portretini yaratmağa çalışır.

20 avqust 13:00-da Park Cinema Flame Towers-də
impressionist (The Impressionists)

Mone, Sezann, Deqa, Renuar - incəsənətə qiymət verməyi bacaran hər kəsin tanıdığı, işləri uğrunda London və Nyu-Yorkun ən iri hərraclarında bir neçə on illikdir ki, mübarizə gedən müəlliflər. Onlar həyatda kim olmuşlar? Rəssamları yeniliklərə nə ilhamlandırırdi və onların məşhur əsərləri necə yaranırdı? Suallara cavab axtarışında film 19-cu əsrin Parisli kolleksiyaçısı Pol Dyuran Ryuelyaya həsr edilmiş yeni, qeyri-adi sərgiyə baxış keçirəcək.

27 avqust 13:00-da Park Cinema Flame Towers-də
"Vinsent Van Qoq -Yeni baxış" (Vincent van Gogh - A New Way of Seeing)

Amsderdamda Van Qoq muzeyi öz qapılarını və dəhlizlərini kolleksiyasının bütün brilyantlarına baxış üçün açır. Dahi rəssamın ölümünün 125 illiyinə həsr edilmiş muzeyinin kuratorları ilə əməkdaşlıqla hazırlanan film yenidən incəsənət sevərlərə fırça dahisi hesab edilən rəssamın zəngin kolleksiyasını təqdim edəcək.

3 sentyabr 13:00-da Park Cinema Flame Towers-də
"Mən, Klod Mone" (I, Claude Monet)

Bütün dünyada sevilən rəssam Klod Mone yaradıcılığının pərəstişkarlarına yeni tərəfini göstərəcək. Məktublara və digər şəxsi yazılara əsaslanaraq Fil Qrabskinin film-sərgsi yalnız impressionizmin əsasını qoymuş deyil, həm də XIX və XX əsrlərin ən yaxşı rəsm ustasına çevrilmiş rəssamın yeni portretini yaradacaq.

10 sentyabr 13:00-da Park Cinema Flame Towers-də
"Mirvari sırğalı qız" (Girl with a Pearl Earring)

Rejissor: Devid Bikerstaff
«Mirvari sırğalı qız» Yana Vermeyera – incəsənət tarixinin ən məşhur rəsmlərindən biri. Son dünya turu zamanı onun qarşısında nəhəng növbə uzanırdı. Tək Yaponiyada "Qıza" milyondan artıq adam baxmağa gəlmişdi. Şəkildəki qız kim idi?  Vermeyer onu sevirdimi? Rəsm necə və niyə çəkilmişdir? Tur başa çatdıqda «Mirvari sırğalı qız» Haahada Kral qalereyasına geri qayıtdı. Bu rəsmə həsr edilmiş filmdə çox maraqlı tədqiqat aparılır.

Bütün filmlər ingilis dilində rus subtitrlarla nümayiş olunacaq.



Kino
13-19 Mart Tarixlərində Uşaqlarınızla Gedə Biləcəyiniz 6 Tamaşa!

Bayramdan öncəki son həftəni ailəniz və uşaqlarınızla birlikdə faydalı və əyləncəli keçirmək istəyirsinizsə, sizə Bakıda gedə biləcəyiniz 6 teatr tamaşası təklif edirik!

Frankofoniya Film Festivalın Proqramı

Frankofoniya Film Festivalın Proqramı

“START” Festivalı “CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmini nümayiş etdirəcək

“CinemaPlus” kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası baş tutacaq.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!