Bakıda aktiv yay istirahəti

  • 07.07.2017
  • 25819

  • Şəhər

Yay yalnızca məzuniyyət deyil, həmçinin ən xoş görüşlər, qeyri-adi görüşlər və böyük planlar qurmaq üçün vaxtdır. Bütün yay boyu dəniz və günəşdən, isti havadan həzz almaq, illik istirahət etmək, bütün itirilənləri istirahətlə əvəz etmək istəyirik. Bizim şəhərdə yay günlərini necə maraqlı keçirtmək olar?

Sizi əgər aktiv istirahət maraqlandırırsa, onda aşağıdakı variantları seçə bilərsiniz:

"Dreamland" qolf-klubunda qolf oynamağı öyrənə bilərsiniz.
Burada Siz, sonsuz yaşıl sahələr arasında aktiv istirahət etməklə və gərgin şəhər ritmindən uzaqlaşaraq xoş təssüratlar qazanacaqsınız. Daha yaxşı yay istirahəti üçün seçimlər etməyə vaxt itirməyin. Sadəcə olaraq, ailəniz ilə və ya dostlarınızla yığılın və gəlin bura, harda ki, sizə bu populyar oyundan əsl həzzi almağa şərait yaradacaqlar. Burada yerləşən mağazada aktiv yay istirahəti və qolf oyunu üçün lazım olan hər şeyi geniş çeşiddə tapa bilərsiniz. Dreamland-də uşaqlar üçün də əyləncələr var: burada uşaqlar üçün möhtəşəm oyun meyndançası və qolf sahəsində müəllimlərin uşaqlara qolf üzrə keçdiyi təlimlər yer alır. Hər növ atraksionları olan uşaq meydançası, uşaqlara əla istirahət etmək imkanı verir. Ailənin hər bir üzvü üçün maraqlı məşğuliyyət tapılacaqdır. Siz səbirsizliklə gözlənilən bazar gününüzü "Dreamland" restoranında keçirə bilərsiniz, harda ki, 11:00-dan - 15:00-a qədər sizə 2 menyu seçimi təqdim olunur: "Barbeku" və "Salat və şirniyyat bufeti". Həmçinin hər gün sizə 09:00-dan - 11:00-a qədər səhər yeməyi təklif olunur.
Ünvan: Zığ yolu,aeroport şossesi.

Тelefon: (+994 12) 404 74 74

“Zirə” Mədəniyyət Mərkəzində faydalı vaxt keçirtmək

2015-ci ilin Dekabrında açılan “Zirə” Mədəniyyət Mərkəzi hamını maraqlı və faydalı vaxt keçirməyə dəvət edir. Eko-park, ümumi sahəsi 6 min kv metr olan mərkəzin ərazisində yerləşir. Parkda trenajorlar və müxtəlif atraksionlardan ibarət uşaq meydançası quraşdırılmışdır. Ərazi nadir ağaclar və güllərlə yaşıllaşdırılmış, suni gölməçələr yaradılmış və quş parkında 25 növdə 150 ekzotik quş yerləşdirilmişdir. İstirahət edənlərin komfortu və rahatlığı üçün istirahət zonaları yaradılmışdır. Mərkəzdə ingilis, rus və fransız dillərinin öyrənilməsi üçün lazımı dərs vəsaitləri olan “xarici dillər” otağı, şahmat sinfi, 300 nəfərlik 3D kino zalı, idman və incəsənət gimnastikası üçün gimnastika zalı, Art-studiya, elektron kitabxana, orxideya evi fəaliyyət göstərir. Eko parkın ərazisində azərbaycan xalçaçılıq məkətbindən ibarət Zirə xalça muzeyi fəaliyyət göstərir. Telefon: (+994 12) 404 88 67

Elite Horse and Polo Club-da at sürmək
"Elite Horse and Polo Club" atçılıq klubu -atlara baxmaq, polo oynamaq və at sürməklə məşğul olmağın tək ünvanıdır. Klubda uşaqların at sürməyi öyrənməsi üçün nəzərdə tutulan "Poni-klub" şöbəsi açılmışdır. Klub hər gün qonaqların üzünə açıqdır.

İsti yay günlərində bu növ aktiv istirahət təkcə böyükərin deyil, uşaqların da ürəyincə olacaqdır. Poni ilə 10 dəqiqə gəzinti 5 AZN, 20 dəqiqə - 10 AZN, atla 15 dəqiqə gəzinti - 10 AZN, yarım saat -20 AZN, 1 saat - 40 AZN.
Telefon: (+994 50) 242 01 65

Aktiv dəniz istirahəti

Dalga Beach Resort

Yay- dənizdə aktiv istirahət etməyin tam vaxtıdır.  Лето-самое время для активного отдыха на море. Məsələn, Dalga Beach Resort-da siz serfinqlə məşğul ola bilərsiniz və skuter sürə bilərsiniz. FlowRide serfinq maşını əsl sevgidir! Əgər siz Su elementlərini fəth etmək istəyirsinizsə və dalğaların üzərində uçmaq üçün sizin kifayət qədər cəsarətiniz varsa, arzularınızın reallaşdığı məkan olan Dalga Beachgəlin! Sizi müxtəlif su əyləncələri gözləyir. "Kids Club" uşaq dünyası öz müxtəlif əyləncələri ilə fərqlənir. "Dalga Beach Aquapark"-da sizin uşağınız heç vaxt darıxmayacaq! Su qorkaları sizə ekstrim və xoşbəxtlik hisləri yaşadacaq. Giriş qiyməti: həftə içi- 35 AZN, istirahət günləri- 50 AZN bizim ölkənin vətəndaşları üçün. Həftə içi - 50 AZN, istirahət günləri - 70 AZN xarici vətəndaşlar üçün. 0-6 uşaqlar üçün pulsuz, 6-12 yaş- 15 AZN. Bütün dəniz əyləncələrinə ayrı-ayrı ödənişlər olunur.

Qiymətlər:
Skuter- 0-15 dəqiqə - 40 AZN, 15-30 dəqiqə - 70 AZN, 30-45 dəqiqə - 100 AZN, 45-60 dəqiqə - 130 AZN.
Veykbord- 0-15 dəqiqə - 50 AZN, 15-30 dəqiqə - 90 AZN, 30-45 dəqiqə - 130 AZN, 45-60 dəqiqə - 170 AZN.
Voerskay- 0-15 dəqiqə - 50 AZN, 15-30 dəqiqə - 90 AZN, 30-45 dəqiqə - 130 AZN, 45-60 dəqiqə - 170 AZN
Kayak (1 nəfər üçün) 0-15 dəqiqə - 10 AZN, 15-30 dəqiqə - 18 AZN, 30-45 dəqiqə - 25 AZN, 45-60 dəqiqə - 35 AZN. Kаyаk (2 nəfər üçün)- 0-15 dəqiqə - 20 AZN, 15-30 dəqiqə - 35 AZN, 30-45 dəqiqə - 50 AZN, 45-60 dəqiqə - 65 AZN.
SUP Bord- 0-15 dəqiqə - 10 AZN, 15-30 dəqiqə - 18 AZN, 30-45 dəqiqə - 25 AZN, 45-60 dəqiqə - 35 AZN.
Florid (Sеrfinq)- 0-15 dəqiqə - 15 AZN, 15-30 dəqiqə - 25 AZN, 30-45 dəqiqə - 35 AZN, 45-60 dəqiqə - 45 AZN

Amburan Beach Club

Ailənizlə birgə istirahətin tam dadını çıxarın! Bu yay Amburan-da uşaqlarınızın asudə vaxtına xüsusi xoşbəxtlik gətirin! Sizi yalnızca gözəl çimərlik və xoşa gələn Xəzər dənizi gözləmir, həmçinin sizi sahildə müxtəlif əyləncələr gözləyir. Sizin xidmətinizdə - çimərlik, baseyn, dəsmal, lejankalar, çətirlər, uşaq meydançası, qarderob, loker (ayrılıqda ödəniş), batut, mini-qolf üçün sahə, futbol sahəsi, voleybol sahəsi, stolüstü tennis. Qiymətlər: Bazar ertəsi - 18 AZN, çərşənbə axşamı – cümə günü - 20 AZN, şənbə - bazar günü - 25 AZN. Вход детям до Boyu 130 sм- dək (daxildir) uşaqlara giriş pulsuzdur.
İş qrafiki
: çimərlik / baseyn / Akvа pаrk - 10:00-19:30 (Bazar ert.-Bazar)

Akvapark-da istirahət
Köhnə şəhərdən 10 dəqiqəlik məsafədə yerləşən, mərkəzdən kənara çıxmadan “Pullman Baku” otelinin akvaparkında, Siz vaxtınız xoş keçirdə bilərsiniz. Burada Sizin üçün restoranlar, akvapark, trenajor zalı, bolinq,sauna, yarım metrlik dərinlikdə olan bağlı və açıq baseynlər fəaliyyət göstərir. Sizin uşaqlarınız üçün də ayrıca yarım mertlik baseyn nəzərdə tutulub. Su atraksionlarını sevənlər üçün burada müxtəlif növ qorkalar var. Qiymətlər: Böyüklər və 6 yaşdan böyük uşaqlar üçün: Həftə içi 30 AZN; istirahət günləri 40 AZN, 6 yaşa qədər – pulsuz, 12 – 16 yaş - Həftə içi 15 AZN; istirahət günləri 20 AZN.



Şəhər
Bakıda piknik edə biləcəyiniz məkanlar

Bu gözəl yerlərdə siz pulsuz piknik edə, mənzərədən və gözəllikdən həzz ala bilərsiniz

Bakıda gedə biləcəyiniz 5 maraqlı anti cafe

Çox pul xərcləmədən dostlarınızla vaxt keçirmək və ya işlə məşğul olmaq istəyirsinizsə, antikafe ən yaxşı seçimdir. Anticafe sizə qeyri-məhdud sayda içki və şirniyyat təqdim edir, ancaq siz yalnız vaxt üçün ödəyirsiniz.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!