Teymur Daimi Eurasia International Monthly Film Festival-da mükafat qazanıb

"Bu sevgidir" Teymur Daimi Eurasia International Monthly Film Festival-da ən yaxşı sənədli filmə görə mükafat qazanıb

Bu günlərdə məlum olub ki, Azərbaycan rəssamı, rejissoru və filosofu Teymur Daimi Moskvada Eurasia International Monthly Film Festivalda "Ən yaxşı sənədli film" nominasiyası üzrə mükafata layiq görülüb.
Yarım saatlıq sənədli film 65 illik ailəvi cütlüyün qlobal məhəbbətindən bəhs edir. Onların münasibəti 20-ci əsrin ortalarından bu günlərə qədər dəyişən Bakının fonunda yaşanır.
Filmin sinopsisi belə xəbər verir: "O, qazandıqlarının şirinliyini və itirdiklərinin acısını dadaraq uzun və xoşbəxt həyat yaşayıb. Lakin yalnız sevgi dəyişmədən,onun bütün həyatını müşaiyət edib. Həyata olan sevgi, ən əsası isə onun 16 yaşında qarşılaşdığı insana olan qarşılıqlı sevgisi onu heç vaxt tərk etməyib…»..

Это любовь - Теймур Даими

Teymur Daiminin sözlərinə görə filmin konsepsiyası obrazlı və eyni zamanda konkretdir. Zamanımızda "sevgi" sözü yüngül münasibətlər hesab olunur. O isə sevgini başqa cür göstərmək istəyib: "qəlbən bağlılıq, illər keçsə də gücünü itirməyən güclü hiss".

Eurasia International Monthly Film Festival proqramında iştirak edənə qədər film DO PÃO International Documentary Film Festival, Albergaria-a-Velha (9 iyun 2017), Barcelona Planet Film Festival (31 may 2017), Roma Cinema DOC (2 may, 2017), AltFF Alternative Film Festival (Toronto, 14 iyun 2017) kimi prestijli forumlarda nümayiş olunub. Film Caribbean Film Festival & Market (24 avqust 2017) nümayiş olunacaq.

This is Love - Teymur Daimi

Bundan əlavə "This is Love" filmi festivalın (Əsas Müsabiqə) proqramında iştirak etmək üçün seçilib və 2017-ci il sentyabrın 5-dən 11-ə qədər Kazanda keçirilən XIII Beynəlxalq Kazan müsəlman kinosu festivalında əsas mükafata namizəddir.

В.М.



Kino
"Mon Cinéma Français" lahiyəsi

Sentyabırın 7-də, Fransız İnstitutunun "Mənim fransız filmim" lahiyəsi çərçivəsində, rəssam və kinorejissor Teymur DAİMİ Leos Karaksın «Holy Motors» (2012) filmini təqdim edəcək.

YARAT Film Klub: "Nəsimi"

Bildiyiniz kimi, YARAT Film Klubu təkcə filmlərin nümayişi ilə kifayətlənmir. Həmçinin klub çərçivəsində kino mütəxəssisləri ilə çoxsaylı seminarlar, mühazirələr və ustad-dərsləri keçirilir.

Sizi Azərbaycan filmləri həftəsi gözləyir

16-23 avqust tarixlərində Sizi Azərbaycan filmləri həftəsi gözləyir! "Bəxt üzüyü 2", "Qızqaçırma", "Ağ Tük", "İkinci pərdə", "Don Marleone", "Mən klounam" və "Aşka gəldik" filmlərini Park Cinema kinoteatrlarında izləyə biləcəksiniz!

“Kino Gecəsi”

Avqustun 10-dan 11-nə keçən gecə “CinemaPlus Amburan” kinoteatrında üç ən gözlənilən premyera filmlərinin nümayişi ilə qızmar “Kino Gecəsi” baş tutacaq. 22:30-dan səhər saat 6:00-dək qonaqlara “Meq: Dərinlik bədheybəti”, “Məni atan cəsus” və “Şər” filmləri nümayiş olunacaq.

Bütün məqalələr
BAKU JAZZ FESTIVAL

Kübar sənət biliciləri və zövqlü müsiqi həvəskarları müxtəlif jazz improvizasiyaları ilə zəngin Bakı payızını gözləməkdədilər

“Açıq qapı” günü

Muzey– mədəniyyətin ən gözəl və ən ali dəyərlərinin cəmləndiyi, bəşəriyyətin nail olduğu uğurların nümayiş edildiyi məkandır.

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

Şəkidə Keramika üzrə Beynəlxalq Simpozium keçiriləcək

20 may – 2 iyun 2019-cu il tarixində Şəkidə “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumu keçiriləcək