Rejissor Gilyermo del Toronun yeni filminin treyleri
Rejissor Gilyermo del Toronun yeni filminin treyleri çıxıb.
Filmdə hadisələr 60-cı illərdə baş verir. Lal xadimə Elza suda yaşayan, insana bənzər varlığın saxlanıldığı laboratoriyada işləyir. Elza bu varlığa vurulur və onu xilas etmək istəyir. Film 2017-ci il sentyabr ayında ekranlara çıxacaq.