Azərbaycan kospleyerləri beynəlxalq festivalda çıxış edəcək

  • 21.07.2017
  • 5713

  • Şəhər

Azərbaycan kospleerləri Gürcüstanın paytaxtı Tbilisidə 22-23 iyul tarixlərində keçiriləcək "Natsu Matsuri 2017" festivalında çıxış edəcək.

"Natsu Matsuri 2017" beynəlxalq festivalında iştirak -bu, yerli anime və fentezi sevərlər üçün növbəti yoxlanışdır. Bu, 2017-ci ilin aprel ayında Bakıda keçirilən festivalın qalib komandası AzeCob üçün mükafat oldu. O zaman personajlar yarışında Azərbaycan komandası qalib gəlmişdi. Beynəlxalq jurinin fikrincə bu ən parlaq və dinamik və tamaşaçılar qarşısında daha inamla çıxış edən personaj idi.

Yerli kospleerlərin sözünə görə bu dəfə "Natsu Matsuri 2017" festivalında Azərbaycanı çox sayda yapon anime və fentezi obrazlarla tam bir komanda təmsil edəcək. Onların sırasında: Mononoke obrazları ("Princess Mononoke" animedən personaj), Kusururi (п"Mononoke" anime serialdan personaj ), "JoJo's Bizarre Adventure"dan Jolyne kujo, Jotaro və Ceasar, "One Piece" animedən Jewelry Bonney və Kurohige, "Naruto" animedən Tsunade və Orochimaru, Grimmjow Jaggerjack obrazları ("Bleach" anime) və Akeginu "Basilisk". Həmçinin Azərbaycan komandası "Taxtların oyunu" serialından Tiriona Lannisterin obrazını da təqdim edəcək.
Məlum olduğu kimi bizim anime-kadrların bir hissəsi festivalda iki növbə işləyəcək. İlk gün bir obraz, növbəti gün digər obraz təqdim olunacaq. Göründüyü kimi kospleyçilərimizi bir çox "macəralar" gözləyir. Axı kospleyin qrim dəyişmə və aksessuar seçməsi az vaxt almır.

Kospleerlər Tbilisiyə "AzeCon" festivalının təşkilatçısı və "Natsu Matsuri 2017" festivalının partnyoru Azərbaycan anime cəmiyyəti deleqasiyası heyətilə gedir.

V.Mansurov



Şəhər
Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.

Mühazirə "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi"

YARAT Akademiyasının növbəti məruzəçisi kurator, yazıçı və müəllim Misal Adnan Yıldız olacaq. Mühazirənin mövzusu: "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi".

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.