Frida Kalonun xatirəsinə həsr edilmiş foto sərgi

  • 27.07.2017
  • 4386

  • Mədəniyyət

İçəri şəhərdə yerləşən Art Tower qalereyasında 18 iyul tarixində meksikalı rəssam Frida Kalonun xatirəsinə həsr edilmiş foto sərgi keçirilib.

Ekspozisiya Arts Council Azerbaijan, "İçəri Şəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, Meksika Səfirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə təqdim edilib. Sərginin kuratoru Mir-Sadıx Hüseynov.
Frida həyatda hər şeydən çox həyatın özünü sevirdi. Əziyyətli fiziki ağrılara baxmayaraq yumor hissini itirmir, yorulmadan qəhqəhə çəkir və ürəkdən əylənirdi. Yalnız fırçanı əlinə alarkən zərurəti düşünməyə vadar olurdu. O, uşaq sahibi olmağı arzulayırdı, lakin dəhşətli travma onu uşaq sahibi olmaqdan məhrum etmişdi. Üç hamiləliyi faciə ilə başa vurmuşdu və bundan sonra o, uşaq şəkilləri çəkməyə başlamışdı. Daha çox -ölü uşaqlar. Onun rəsmlərinin əksəriyyəti günəş və işıqla əlaqəlidir.
Frida Kalo 6 iyul 1907-ci ildə Mexikoda dünyaya göz açıb. Meksika mədəniyyəti və incəsənəti onun yaradıcılığında dərin iz buraxıb. Frida Kalonun bədii üslubu hərdən sadəlövh üslub və ya folk-art kimi xarekterizə edilir. Sürrealizmin banisi Andre Breton onu sürrealistlər sırasına daxil edir. Ömrü boyu onun sağlamlığı zəif olub, 6 yaşından poliomielotdən əziyyət çəkib, həmçinin ciddi avtomobil qəzası keçirib və qəzadan sonra çoxsaylı əməliyyatlar keçirib. 1929-cu ildə o, rəssam Dieqo Riveru ilə ailə qurub.

Foto by ArtsCouncil Azerbaijan



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.