Frida Kalonun xatirəsinə həsr edilmiş foto sərgi
İçəri şəhərdə yerləşən Art Tower qalereyasında 18 iyul tarixində meksikalı rəssam Frida Kalonun xatirəsinə həsr edilmiş foto sərgi keçirilib.
Ekspozisiya Arts Council Azerbaijan, "İçəri Şəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, Meksika Səfirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə təqdim edilib. Sərginin kuratoru Mir-Sadıx Hüseynov.
Frida həyatda hər şeydən çox həyatın özünü sevirdi. Əziyyətli fiziki ağrılara baxmayaraq yumor hissini itirmir, yorulmadan qəhqəhə çəkir və ürəkdən əylənirdi. Yalnız fırçanı əlinə alarkən zərurəti düşünməyə vadar olurdu. O, uşaq sahibi olmağı arzulayırdı, lakin dəhşətli travma onu uşaq sahibi olmaqdan məhrum etmişdi. Üç hamiləliyi faciə ilə başa vurmuşdu və bundan sonra o, uşaq şəkilləri çəkməyə başlamışdı. Daha çox -ölü uşaqlar. Onun rəsmlərinin əksəriyyəti günəş və işıqla əlaqəlidir.
Frida Kalo 6 iyul 1907-ci ildə Mexikoda dünyaya göz açıb. Meksika mədəniyyəti və incəsənəti onun yaradıcılığında dərin iz buraxıb. Frida Kalonun bədii üslubu hərdən sadəlövh üslub və ya folk-art kimi xarekterizə edilir. Sürrealizmin banisi Andre Breton onu sürrealistlər sırasına daxil edir. Ömrü boyu onun sağlamlığı zəif olub, 6 yaşından poliomielotdən əziyyət çəkib, həmçinin ciddi avtomobil qəzası keçirib və qəzadan sonra çoxsaylı əməliyyatlar keçirib. 1929-cu ildə o, rəssam Dieqo Riveru ilə ailə qurub.
Foto by ArtsCouncil Azerbaijan