Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək

  • 07.11.2017
  • 11422

  • Şəhər

Dekabrın 1-dən 2018-ci il yanvarın 15-dək “Nargis Fund” Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək. Həm böyüklərin, həm də uşaqların səbirsizliklə gözlədiyi bu yarmarka şəhərdə əsl Yeni il bayramı ab-havası yaradacaq və burada siz özünüzü nağıl qəhrəmanı kimi hiss edəcəksiniz.
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına təkcə paytaxtımızın sakinləri deyil, dünyanın müxtəlif guşələrindən Bakıya gələn qonaqlar da böyük maraq göstərirlər.  Artıq 5-ci il keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf olunacaq. “Nargis Fund” yarmarkanın sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, sponsorlardan ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.
Xeyriyyə yarmarkası Fəvvarələr meydanında qurulmuş kiçik taxta evciklərdən təşkil olunacaq. Buradan yaxınlarınız və əzizləriniz üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyim, şirniyyatlar və s. əldə edə, kiçik rahat kafelərdə ətirli qəhvə, isti şokolad və ya çay içə, təzə şirniyyatlardan və milli yeməklərdən dada bilərsiniz. Builki tədbir miqyasına, əyləncəli tədbirlərinə və çoxsaylı sürprizlərinə görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacaq.
Qeyd edək ki, “Nargis” xeyriyyə fondu 2012-ci ildə Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib, aktiv fəaliyyətə 2013-cü ildən başlayıb. Məhz həmin il Bakıda xoş ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının əsası qoyulub. Yarandığı gündən fond tərəfindən bir sıra xeyriyyə layihələri təşkil olunub, uşaq və qocalar evlərinə, aztəminatlı ailələrə maddi yardım göstərilib, eləcə də müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi və cərrahi əməliyyatları həyata keçirilib. Fondun fəaliyyəti barədə ətraflı məlumatı və xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri Nargisfund.com saytından, eləcə də rəsmi sosial şəbəkə resurslarından əldə edə bilərsiniz:



Şəhər
Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.

Mühazirə "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi"

YARAT Akademiyasının növbəti məruzəçisi kurator, yazıçı və müəllim Misal Adnan Yıldız olacaq. Mühazirənin mövzusu: "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi".

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.