Qorxulu filmi “CinemaPlus” da peşəkar Azərbaycan dublyajında nümayiş olunub

Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”-da 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Fransa və Kanada istehsalı olan “Ruhlar ölkəsi” filminin  nümayişi baş tutub. 
Dublyajın rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Orxan Həsənli, tərcüməçi Xumar Quluzadə, baş prodüseri Cəfər Axundzadə.
Filmi səsləndiriblər: Nəzakət Məmmədli, Zarina Qurbanova, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Səid Nizami, Rövşən Məmmədli və Vüsalə Məmmədzadə.
Qorxu filminin rejissoru Pascal Laugierdi.
Film haqqında qısa məlumat: Bet doğma yerlərinə qayıdır, harada ki, uzun illər öncə onun ailəsi ilə dəhşətli faciə baş vermişdi. Köhnə evdə onu anası və bacısı gözləyir. Bütün fikirləri kabuslar olan, hansının ki, qəzəbli ruhlarla mübtəlalığı  -  həyatını paranoidal dəhşətə çevirmiş keçmişdə baş verən dəhşətli hadisənin izindən başqa heçnədir.  Evdə Betin başa salmaq gücündə olmadığı qəribə hadisələr baş verməyə başlayır.....

 “CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 



Kino
9-cu Avropa Film Festivalına Bakıda start verildi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, Norveç Səfirliyi, Park Cinema ilə əməkdaşlıqda Bakıda 9-cu Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 10-21 oktyabr tarixlərində keçiriləcəkdir.

"Mon Cinéma Français" lahiyəsi

Sentyabırın 7-də, Fransız İnstitutunun "Mənim fransız filmim" lahiyəsi çərçivəsində, rəssam və kinorejissor Teymur DAİMİ Leos Karaksın «Holy Motors» (2012) filmini təqdim edəcək.

YARAT Film Klub: "Nəsimi"

Bildiyiniz kimi, YARAT Film Klubu təkcə filmlərin nümayişi ilə kifayətlənmir. Həmçinin klub çərçivəsində kino mütəxəssisləri ilə çoxsaylı seminarlar, mühazirələr və ustad-dərsləri keçirilir.

Sizi Azərbaycan filmləri həftəsi gözləyir

16-23 avqust tarixlərində Sizi Azərbaycan filmləri həftəsi gözləyir! "Bəxt üzüyü 2", "Qızqaçırma", "Ağ Tük", "İkinci pərdə", "Don Marleone", "Mən klounam" və "Aşka gəldik" filmlərini Park Cinema kinoteatrlarında izləyə biləcəksiniz!