“CinemaPlus”da Frankfoniya kinofestivalı keçiriləcək

  • 03.04.2018
  • 4507

  • Mədəniyyət

“CinemaPlus Azerbaijan” premium kinoteatrında aprelin 4-ü və 6-sı Frankfoniya kinofestivalı çərçivəsində “Adama” və “Anam və ailəmizin digər qeyri-adi üzvləri” filmlərinin nümayişi keçiriləcək. Festivalda filmlərdən öncə Fransa səfirliyinin nümayəndələrinin çıxışı olacaq.  
Aprelin 4-ü saat 19:00-da Fransa istehsalı olan, Simona Rubinin “Adama” animasiya filminin nümayişi keçiriləcək. Format: 2D, fransız dilində ingilis subtitrləri ilə. Yaş məhdudiyyəti 0+. 
Qərbi Afrikanın uzaq bir kəndində 12 yaşlı Adama yaşayır. Nassaras-ların hökmranlıq etdiyi, sahil qayalarının o tayında, valehedici bir dünya var. O, ağsaqqalların qadağasına baxmayaraqm itkin düşən böyük qardaşı Sambanı tapmağa qərar verir. Uşaq qətiyyəti ilə kişilik yolunda inkişaf edən Adama, qardaşının axtarışına çıxır və bu yol, onu dənizin o tayına, Şimala, birinci dünya müharibəsinin cəbhə xəttinə gətirib çıxardır. Hadisələr 1916-cı ildə baş verir.
Aprelin 6-sı saat 19:00-da İboyya Feketenin “Anam və ailəmizin digər qeyri-adi üzvlər” macar dramının nümayişi keçiriləcək. Dil: macar və ingilis. Subtitrlər: fransız. Yaş məhdudiyyəti 12+.

20-ci əsrin əvvəlindən 2000-ci illərə qədər 4 nəslin hekayəsini təqdim edən bir film. Filmin əsas personaji 94 yaşlı Ana həyatında 27 dəfə bir yerdən o birisinə köçüb. Narahat xarakterli bu qadın təhlükə anlayışı haqqda xüsusi bir fikirə malikdir. O, bu səbəbdən ətrafında cuzi təhlükə hiss etdikdə həyat yoldaşı və qızını ölkənin müxtəlif yerlərinə sürgün salır. Onların öhdəsinə 20-ci əsrin hazırladığı gözlənilməz hadisələrə, 2 dünya müharibəsinə, 1956-cı il hadisəsinə və digər dəyişikliklərə tab gətirmək düşəcəkdir. Lakin bütün bunlara baxmayaraq, onlar ruh yüksəkliyini saxlayaraq birgə, əl-ələ köçürlər.

Giriş pulsuzdur. 
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!