Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə aprelin 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə açıq qapı günü elan edir. Açıq qapı günü Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi “Müqəddəs əmanətlər” ekspozisiyası, habelə “Qala” Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər. Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.



Şəhər
YARAT Freestyle: "Dizayn metodologiyası. Yerlərdə tədqiqat"

4 aprel tarixində, "AOUMM" memarlıq şirkətini təmsil edən italyan memarı Mateo Umberto Poli, YARAT Müasir İncəsənət Mərkəzində "Dizayn metodologiyası.

ARTIM: Şəlalə Salamzadə / Vizual kommunikasiya

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Təcrübə. Düşüncə. Nəticə." sərgisi çərçivəsində vizual rəssam Shalala Salamzadeh ilə keçiriləcək yeni vizual kommunikasiya dünyasından ilhamlanmış incəsənət haqqında müzakirəyə dəvət edir.

YARAT Film Klub: Yeni il gecəsində möcüzə

Martın 19-u Bakı Uşaq Kino Məktəbinin şagirdləri tərəfindən çəkilmiş "Yeni il gecəsində möcüzə" qısametrajlı filmini təqdim edəcəyik.

YARAT Film Klub: "Bu sevgidir"

Əziz kinosevərlər, sizi martın 5-i filosof və konseptual rəssam Teymur Daiminin "Bu sevgidir" adlı filminə baxmağa dəvət edirik.

Bütün məqalələr
Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

Yeni ulduzlar üçün jazz konkursu

İ am Jazzman adlı gənc ifaçiların beynəlxalq müsabiqəsinin məqsədi gənc jazz musiqiçilərin istedadlarını üzə çıxarılmasıdır.