Azərbaycan Xalça Muzeyində “Öz ilməni toxu”

  • 15.05.2018
  • 6161

  • Mədəniyyət

Azərbaycan Xalça Muzeyində “Öz ilməni toxu”

18 may tarixində İCOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq. Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən “Hiper kommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriya” mövzusu elan olunub.

Bu istiqamətdə Azərbaycan Xalça Muzeyi "Öz ilməni toxu" adlı interaktiv instalyasiya hazırlamışdır. Belə ki, muzeyin foyesində "zili" xovsuz xalça növünü toxumaq üçün üç böyük çərçivə-hana quraşdırılmışdır. Çərçivələrdə rəngli iplik kələflər bərkidilib. Hər bir ziyarətçi zövqünə görə rəng seçərək bir və ya daha çox ip sırası toxunan xovsuz xalça üçün toxuya bilər. Muzeyin işçiləri hər zaman köməyə gəlməyə və "zili" tipli xalçaların toxunma texnikasını əyani olaraq nümayiş etdirməyə hazırdırlar. Beləliklə, bu instalyasiya yalnız daim dəyişən sənət obyekti deyil, çox geniş auditoriya üçün nəzərdə tutulmuş ustad dərsi üçün bir alətdir.

Muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın sözlərinə görə, Azərbaycan Xalça Muzeyi artıq bir neçə ildir ki, qədim xalçaçılıq texnikalarını yenidən dirçəldir. "Zili" - onlardan biridir və ən qədim xalça növlərinə aiddir. “Ziyarətçilərə xalçaçılığı bu mürəkkəb və gözəl xovsuz xalça texnikasının nümunəsi üzərində tədris etmək Azərbaycanın muzey sahəsində atılmış bu cür ilk interaktiv təcrübədir. "Öz ilməni toxu" adlı instalyasiya qonaqları yalnız bir tamaşaçı kimi deyil, həm də digər çox sayda ziyarətçilərin də müəlliflik etdiyi xalça toxuma prosesində özlərini iştirakçı kimi hiss etməyə kömək edir. Həm də maraqlıdır ki, hazır eskizdən fərqli olaraq, işin nəticəsi burada gözlənilməzdir - bu, bir çox insanların təxəyyülündən asılıdır” – deyə o, bildirib.

Beləliklə, bu layihədə iştirak edərək hər bir qonaq unudulmaz təəssüratlar əldə etməklə yanaşı, həm də gələcəkdə məşğul ola biləcəyi bir hobinin əsasını təşkil edəcək yeni bacarıqlar əldə edəcək və ya bu, sadəcə onlara Azərbaycanın milli mədəniyyətinin incəliklərini daha yaxşı dərk etməyə kömək edəcək.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş 18 may Beynəlxalq Muzeylər Günü gününün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilmişdir.



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!