Kataloq Kinoteatrlar CinemaPlus (28 Mall)
CinemaPlus (28 Mall)

CinemaPlus yer sayına görə respublikada ən böyük kinoteatrdır. Kinoteatrda altı kino zalı var, bu da kinoteatrın repertuarını rəngarəng etməyə imkan verir. "CinemaPlus"da yeni nəsl Barco rəqəmsal proyektorlar quraşdırılıb. Kinoteatrın repertuarı həmişə rəngarəng və maraqlıdır. Repertuara dünya premyeraları və yeni filmlər daxil edilir. Bundan əlavə mütəmadi olaraq xarici dillərdə (ingilis, türk və s.) filmlərin nümayişi təşkil edilir.

"CinemaPlus" kinoteatrında "CinemaPlusclub" bonus proqramı da mövcuddur. İki növ bonus kartı mövcuddur -12 yaşa qədər olan balacalar üçün Junior card (qızlar və oğlanlar üçün iki dizaynda); Standardcard və Goldcard. Kinoteatrın rəsmi saytında və Paypoint kiosklarında onlayn bilet almaq mümkündür.

Dəbdəbəli "Platinum Movie Suites" kino zalının olması kinoteatrın üstün cəhətlərindəndir. Kino zalda avtomatik idarə edilən 30 dəri, italyan kreslo, fərdi masalar, ofisiant çağırma düyməsi mövcuddur. Film izləyən zaman "Blackberry" restoranının menyusundan içklər və isti yeməklər sifariş vermək olar.


Ünvan: Azadlıq pr.
Telefon: (+994 12) 499-89-88
İş vaxtı:
Xüsusiyyətlər: Karaoke , Uşaqlar üçün əyləncə , Oyun aparatları , Kafe , Buz katoku , Bouling
Xəritədə yerləşmə



AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.