Kataloq Teatrlar Uşaqlar üçün Gənc Tamaşaçılar Teatrı
Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı (GTT) (433 yer) - uşaq auditoriyası üçün nəzərdə tutulmuş peşəkar teatrdır. Teatr 1928 -ci ildə Bakı Uşaq Teatrı adı altında yaradılmışdır. 1928 -ci ildən rus, 1929 -cu ildən isə Azərbaycan bölməsi mövcuddur. Teatr Bakı Dəniz klubunda dram dərnəyində yaradılmışdı. 1936 -cı ildən etibarən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kimi fəaliyyət göstərir. Repertuar əvvəlcə əsasən uşaq ədəbiyyatına daxil olan nağıllar və povestlərin ( Kiplinqin-Mauqli) əsasında hazırlanırdı. Aşağı sinif şagirdləri üçün fantastik və folklorun müasir həqiqətin elementləri ilə üst-üstə düşdüyü (Şvatsın "Qar kraliçası", Marşakın "12 ay")  teatr nağılı janrı hazırlanır; macəra pyesləri, komediya əsasən yeniyetmələr üçün nəzərdə tutulan repertuarın əsasını təşkil edir.
 


Ünvan: Nizami küç., 72
Telefon:
İş vaxtı:
Sayt: tyuz.az
Xəritədə yerləşmə



AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.