Kataloq Muzeylər Ev muzeyləri Səməd Vurğunun Ev Muzeyi
Səməd Vurğunun Ev Muzeyi

Dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim, iki dəfə Dövlət mükafatı laureatı Səməd Vurğunun (1906-1956) ev-muzeyi Azərbaycanda yazıçı və bəstakarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir.
Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının III mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olmuşdur.
Respublika hökumətinin qərarı ilə 1974-cü ildə təşkil edilən ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olmuşdur.
Ötən müddətdə muzeyin fondu xeyli zənginləşmiş, yeni ekspozisiya bölmələri yaradılmış, şairin həyat və yaradıcılığı ilə bağlı gərgin araşdırmalar aparılmışdır. Toplama işi muzeyin fəaliyyətinin əsasıdır. Bu iş planlı surətdə, həm də ayrı-ayrı mövzular üzrə aparılır. Məhz bunun nəticəsində Vurğuna aid xatirə əşyaları, orijinal fotoşəkillər, rəsm əsərləri, əlyazmalar, tədqiqat əsərləri, hədiyyələr, ötən illərin qazet-jurnalları və s. materiallar muzeyin fondunu zənginləşdirmişdir. Hal-hazırda (2005-ci ildə) eksponatların ümumi sayı 16000-dən artıqdır.
Şairin vətənində - Qazax rayonunun Yuxarı Salahlı kəndində muzeyin filialı olan "Poeziya evi" fəaliyyətdədir. Muzey həmçinin Bakıda və rayonlarda şairlə bağlı təşkil olunan muzey və güşələrin yaranmasına və zənginləşməsinə yaxından köməklik göstərir.
 


Ünvan: T.Əliyarbəyov küç., 4
Telefon: (994 12) 493-56-52
İş vaxtı: 10.00 - 18.00



Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?

Bakıda turistlər üçün top 5 məkan

İstənilən ölkəyə səfər edərkən biz ziyarət üçün unikal yerlər axtarırıq. Azərbaycan hər il çoxlu turistlərin gəldiyi ölkədir. Citylife turistlər üçün Azərbaycana səfərləri zamanı ziyarət etməli olduqları top 5 məkanın siyahısını hazırlayıb.

2024 Formula 1 Grandprisinə canlı baxmaq üçün ən yaxşı yerlər!

Formula 1 adrenalini hiss etmək və möhtəşəm musiqidən həzz almaq istəyirsiniz? Sentyabrda Bakıya gəlin! Sizi şəhər halqasında maraqlı yarışlar və J Balvinin unudulmaz konserti gözləyir.