Kataloq Teatrlar Azərbaycan Teatr Xadimləri İttifaqi
Azərbaycan Teatr Xadimləri İttifaqi

1897-ci ildə «Artistlər İttifaqı» adı ilə fəaliyyətə başlayan, sonralar «Türk Aktyorlar İttifaqı» (1920), «Azərbaycan Teatr Cəmiyyəti» (1948) kimi öz fəaliyyətini davam etdirən bu cəmiyyət 1987-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqı adlanır. Aktyor, rejissor, dramaturq və digər teatr peşə sahiblərini könüllülük əsasında birləşdirən Teatr Xadimləri İttifaqı özünümaliyyələşdirən ictimai təşkilatdır.

XIX əsrin sonlarında kiçik bir cəmiyyət kimi yola çıxan bu ictimai birlik ötən əsrin 50-ci illərindən etibarən artıq teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşmışdır. Azərbaycan Teatr Xadimləri İttifaqı Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür. Təkcə iştirakçısı və şahidi olduğumuz son 50 ildə İttifaq saysız-hesabsız yaradıcılıq gecələri, görüşlər, xatirə gecələri, müsabiqələr, konfranslar, brifinqlər, vemisajlar, mətbuat konfransları və təqdimat mərasimləri keçirmişdir. Milli teatr prosesində fəal iştirak edən Teatr Xadimləri İttifaqı Azərbaycanın müstəqillik illərində müxtəlif formatlı teatr festivalları keçirmişdir. 4 «Monotamaşa», 2 «Him-cim» Pantomim, «Milli klassika», 2 «Eksperimental tamaşalar», «Festivallar festivalı», «Uşaq tamaşaları festivalı», «Boş məkanın dolğunluğu» kimi festivallar Azərbaycanın teatr həyatında xüsusi canlanma yaratmış, teatr sənətinin inkişafında böyük rol oynamışdır. Hər keçirilən festivalda Azərbaycanın teatr fəzasında yeni ulduzlar kəşf olunmuşdur. Özünün əsas vəzifəsini teatr prosesini canlandırmaq, bütün yeni başlanğıclara təkan vermək, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaqda və bunun üçün bütün imkanlardan istifadə etməkdə görən İttifaq bu məqsədlə gələcəkdə özünün proqram xarakterli layihələrini həyata keçirmək niyyətindədir və bu sahədə artıq müəyyən işlər aparır.
Sovet hakimiyyəti dönəminə qədərki illərdə aktyor birükləri və teatr cəmiyyətlərinin başında Azərbaycanın Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları, A.M.Şərifzadə kimi maarifpərvər ziyalılar durmuşlar. Sonralar isə bu təşkilata görkəmli sənətkarlar Azərbaycanın böyük sənətkarları, xalq artistləri Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov rəhbərlik etmişlər. Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqının sədri xalq artisti, professor Azər Paşa Nemətdir. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqı təməli ötən əsrin 60-cı illərində qoyulmuş, xalq artisti Mustafa Mərdanov və əməkdar incəsənət xadimi Zəfər Nemətovun böyük təşkilati işi və zəhməti bahasına başa gəlmiş, İttifaqın vəsaiti hesabına tikilərək 1971-ci ildə istifadəyə verilmiş binada fəaliyyət göstərir.
 

Ünvan: Xəgani küç., 10
Telefon: (+994 12) 493-53-05, 493-17-03, 498-72-37
İş vaxtı: 10:00-17:00
Xəritədə yerləşmə



BAKU JAZZ FESTIVAL

Kübar sənət biliciləri və zövqlü müsiqi həvəskarları müxtəlif jazz improvizasiyaları ilə zəngin Bakı payızını gözləməkdədilər

Şəkidə Keramika üzrə Beynəlxalq Simpozium keçiriləcək

20 may – 2 iyun 2019-cu il tarixində Şəkidə “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumu keçiriləcək

Frankofoniya Film Festivalın Proqramı

Frankofoniya Film Festivalın Proqramı

Milandan yeni hit

Roker Milan Məmmədov öz YouTube kanalında, son albomdan, məşhur şair Nüsrət Kəsəmənlinin sözlərinə bəstələdiyi yeni mahnısını təqdim edib.

ARTIM: Murad Əkbərli "Cənub adət-ənənələri" ustad dərsi

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Perpendikulyar həqiqətlər" sərgisi çərçivəsində rəssam Murad Əkbərli tərəfindən cənub adət-ənənələri mövzusunda ustad dərsinə dəvət edir.