
Əgər Londonda Beyker strit 221B -də yerləşən mənzildə Şerlok Xolms yaşayırdısa, onda niyə Bakıda Zeynalabdin Tağıyev küçəsində elə bir mənzil olmasın ki, orada Qurban Səidin məşhur "Əli və Nino" romanının qəhrəmanları yaşamasın? Yeni "Əli və Nino" kafesinin dizaynı - işıqlı, rahat, inqilabaqədərki burjuaziya qonaq və buduar otağı...Əntiq əşyaları, qədim qrammafon, divarlarda portretlər. Aristokratlar, papaqlı bəylər, şlyapalı qadınlar, matroskalı uşaqlar, bığlı generallar. Gözəl insanlar, gözəl zaman. İkinci mərtəbədə Ninonun yataq otağı yerləşir. Kəsmə şəbəkəli eyvan, qədim ayna, əntiq çərçivə və ətir şüşəsi, portretlər, tutqun işıq, quş qəfəsi, torşer, kitablar. Kafenin mətbəxindən zövq alın. Səhərlər sizi ətirli kofe, gün ərzində cəmi 5 manata dadlı və doyumlu lanç, axşam isə şam işığında romantik axşam yeməyi gözləyir.zəl insanlar, g
Xəritədə yerləşmə
Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.
Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.
Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu
İ am Jazzman adlı gənc ifaçiların beynəlxalq müsabiqəsinin məqsədi gənc jazz musiqiçilərin istedadlarını üzə çıxarılmasıdır.
Kübar sənət biliciləri və zövqlü müsiqi həvəskarları müxtəlif jazz improvizasiyaları ilə zəngin Bakı payızını gözləməkdədilər