
“Novıy Balet” teatrı diqqətinizə baletmeyster Konstantin Keyxelin quruluşunda “Sovrulanlar”, baletmeyster Kiril Radevin quruluşunda “Çevrilmə” (F.Kafkanın əsərinin motivləri əsasında) və Françesko Ventrilyanın quruluşunda “Bolero” bir aktlı baletlərini təqdim edir.
“Sovrulanlar” baleti
Bütün zamanlarda insanlar Küləyə ilahi qüvvə kimi yanaşıblar. Bir çox rəvayətlərdə, külək ayrı-ayrı tanrıların obrazlarında çıxış edir. Bütün səfərlər külək Tanrısının himayəsi altında keçirdi. Böyük savaşlar və dəniz döyüşləri bilavistə bu təbii hadisədən asılı idi.
“Çevrilmə” baleti
M. Vaynberqin musiqisi üzərində qurulmuş tamaşa, tamaşaçıları baş qəhrəmanın yaşadığı anlaşılmaz, dramatik alın yazısı ilə bağlı fantastik ab-havaya qərq edəcək. Həqiqət və cəfəngiyyat arasında incə sədd dramanı qroteskə (sarkazma) çevirəcək, qeyri-reallıq və fantasmaqoriya dünyasına aparacaq, insan taleyi haqqında düşünmək üçün əsas verəcək.
“Bolero” baleti
Quruluş: Françesko Ventrilya, musiqi aranjimanı: Massimo Marqaria
Moris Ravelyanın musiqisinə yazılmış oda, Taleyin əzablı yolları ilə mübarizədə insanın gücünü təsvir edir. “Boleronun” hər bir notu, balet artistlərinə bu ecazkar musiqinin duyğularını və qüdrətini ötürməyə vadar edir. Taleyin dönüklüyü ilə insanın mübarizəsi, sonda zəfər çalan Sevginin timsalında kulminasiya nöqtəsinə çatır, qüvvə və ehtirasın bir-birinə qovuşması ilə tamamlanır.
Baletmeyster-repetitor- Rusiyanın Əməkdar artisti
Aleksandr Vorotnikov
Geyim üzrə rəssam - Mariya Bıçkova
İşıq üzrə rəssam - Nikita Smolov
Truppa müdiri - Yeqor Maslov
Teatrın müdiri - Pavel Nestratov
Tövsiyə edilən yaş: 16+
Biletlərin qiyməti 10 AZN-dir. Biletləri iTicket kassalarından və iticket.az onlayn platformasından əldə etmək olar.
Tarix: 6 noyabr
Saat: 19:00
Məkan: Opera və Balet Teatrı
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?