Kataloq Teatrlar Teatrlar Opera və Balet Teatrı
Opera və Balet Teatrı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Birləşmiş Dövlət Teatrı kimi 1920 ildə yaradıldı. 1924 ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrı (Azərb. və rus bölmələri ilə) oldu.
Azərbaycan milli opera sənatinin tarixi Ü.Hacıbəyovun 1908 il yanvarın 12(25)-ndə tamaşaya qoyulmuş "Leyli və Məcnun" operasından başlanır. İnqlaba qədərki dövrdə Z.Hacıbəyovun "Aşıq Qərib" (1916), M.Maqomayevin "Şah İsmayıl" (1919), operaları tamaşaya qoyulmuşdu. Teatrın repertuarı ənənəvi klassik opera formasında yazılmış "Şahsənəm" (1927, R.Qlier), "Nərgiz" (1935, M.Maqomayev) və "Koroğlu" (1937, Ü.Hacıbəyov) operaları ilə zəngınləşdi. 1940 -cı ildə ilk milli Azərbaycan baleti - "Qız qalası" (Ə.Bədəlbəyli) tamaşaya qoyuldu. "Vətən" (1945, Q.Qarayev və C.Haciyev), "Xosrov və Şirin" (1942, Niyazi) "Nizami" (1948, Ə.Bədəlbəyli) operaları tamaşaya qoyuldu. 50-ci illərdə teatrın repertuarı "Sevil" (1953, F.Əmirov), "Azad" (1957, C.Cahangirov) və s. Əsərlərlə zənginləşdi. "Gülşən" (1950, S. Hacıbəyov) "Yəddi gözəl" (1952, Q.Qarayev), "Qaraca qiz" (1965, Ə.Abbasov), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov) baletləri tamaşaya qoyuldu. 1928 -ci ildə teatra M.F.Axundovun adı verilmişdir. 1959 -cu ildən Akademik Opera və Balet Teatrı adlanır.


Ünvan: 28 may küç., 8
Telefon: (+994 12) 493-31-88, 493-16-51
İş vaxtı:
Sayt: tob.az
Xəritədə yerləşmə



Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

Yeni ulduzlar üçün jazz konkursu

İ am Jazzman adlı gənc ifaçiların beynəlxalq müsabiqəsinin məqsədi gənc jazz musiqiçilərin istedadlarını üzə çıxarılmasıdır.

BAKU JAZZ FESTIVAL

Kübar sənət biliciləri və zövqlü müsiqi həvəskarları müxtəlif jazz improvizasiyaları ilə zəngin Bakı payızını gözləməkdədilər