Elan Teatr "Hekayəti-Xırs quldurbasan"
"Hekayəti-Xırs quldurbasan"

Dramın mövzusu kənd həyatından alınmışdır.Əsərin fabulası Bayramla Pərzadın sevgi macərası üzərində qurulmuşdur.Bayram kasıb bir gənc, Pərzad isə dövlətli qızdır.Onlar bir-birini sevirlər.Ancaq Pərzadın əmisi Məşədi Qurban ölmüş qardaşının (yəni Pərzadın atasının) var-dövləti başqasına qismət olmasın deyə onun qızını öz oğlu Tarverdiyə nişanlayır və onlar toy etməyə hazırlaşır.Çətin vəziyyətə düşən Bayram sevgilisini Məşədi Qurbanın pəncəsindən qurtarmaq üçün tarverdini öyrətdirib quldurluğa göndərir.Tarverdi quldurluqda tutulur və Bayram öz sevgilisinə qovuşur.
Həyatda və məişətdə köhnə qaydaların, mədəni geriliyin düşməni olan M.F.Axundzadə "Hekayəti-xırs quldurbasan" dramında qadın hüquqsuzluğuna qarşı çıxaraq ictimai bərabərsizlik, azad, qarşılıqlı məhəbbət ideyalarını müdafiə edir.




Teatr




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.