Elan Teatr “Leyli və Məcnun”
“Leyli və Məcnun”

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Şərq və müsəlman aləmində ilk opera tamaşasıdır. Bu opera ilk dəfə 1908-ci il yanvarın 12(25) səhnəyə qoyulmuşdur. Həmin vaxtdan fasilasiz olaraq 102 ildir ki, “Leyli və Məcnun” operası Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarıda möhkəm yer tutur. 2008-ci ildə bütün musiqi ictimaiyyəti “Leyli və Məcnun” operasının 100-illik yubileyini böyük təntənə ilə qeyd etmişdir.
Ötən dövr ərzində bu tamaşa bir neçə dəfə yeni quruluşda səhnəyə qoyulmuşdur. 1908-ci ildə tamaşa aktyor və rejissor Hüseyn Ərəblinski tərəfindən səhnəyə qoyulmuşdur. Sonralar müxtəlif illərdə Mehdi Məmmədov, Firudin Səfərov və b. “Leyli və Məcnun” opersını tamaşaya qoymuşlar.
Təqdim olunan sonuncu quruluş 2005-ci ildə rejissor Hafiz Quliyev tərəfindən Üzeyir Hacıbəylinin 110 illiyi münasibəti lə həyata kecirilmişdir. “Leyli və Məcnun” opersı Şərqin böyük mütəfəkkir şairi Məhəmməd Füzulinin eyni adlı poemasi əsasında yazılmışdir. Librettonun müəllifi Üzeyir Hacıbəylidir.
Müxtəlif illərdə bu tamaşada əsas rollarda Azərbaycan muğam sənətinin bir çox görkəmli nümayəndələri – Məcnun rolunda: Hüseynqulu Sarabski, Qulu Əsgərov, Bakir Haşimov, Arif Babayev, Canəli Əkbərov, Əlövsət Sadiqov, Baba Mahmudoğlu, Alim Qasimov və s., Leyli rolunda isə Həqiqət Rzayeva, Gulxar Həsənova, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Səkinə İsmayılova və b. çıxış etmişlər.
Hazırda Azərbaycan Dövlət Opera və Balet Teatrında Məcnun rolunda Xalq Artisti Mənsum İbrahimov və Teatrin gənc solistlari Səbuhi İbayev və İlkin Əhmədov cıxış edirlər. Leyli rolunun ifaçıları sırasında Xalq Artistləri Nəzakət Teymurova, Aygün Bayramova, Əməkdar Artistlər Gülyaz Məmmədova, Gülüstan Əliyeva və gənc solist Vüsalə Əhmədovanın adlarını cəkmək olar.
Xalq Artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova uzun illərdir ki, “Leyli və Məcnun” opersında əsas rolların ifaçılarıdır. Onlar həmin partiyaları dəfələrlə Türkiyə Respublikasında və Fransanın paytaxtı Parisdə çox böyük uğurla ifa etmişlər.




Teatr
Bilet: 11-16 AZN Opera və Balet Teatrı




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?