Elan Sərgilər Aqil Abdullayevin fərdi sərgisi
Aqil Abdullayevin fərdi sərgisi

YARAT MÜASİR İNCƏSƏNƏT MƏKANI sizi Aqil Abdullayevin “Çəhrayı gələcəyin utancaq oğlanı” adlı fərdi sərgisinə dəvət edir. Aqil Abdullayevin fərdi sərgisi, məlumatların toplanması, rəylərin formalaşdırılması və insanların müzakirələrə cəlb olunması baxımından sosial medianın Azərbaycan cəmiyyətinin gələcəyinə təsirini araşdırır. Sərginin əsas mövzusu, gender, mədəniyyət və millət kimi dəqiq təriflərdən ayırmaqla rəqəmsal və real dünyalar arasında sərhədləri dumanlandıran yeni özünüdərk və sosial qavrayışa malik gənc nəsil haqqında bəhs edir.
Sərgi, sosial medianın dinamikasının vətəndaşların ictimai müzakirələrə qatılma prosesini necə dəyişdiyini, onlara sosial baxımdan aktual mövzulara sərfəli yollar təqdim etməsini araşdırır. Sosial media, iştirakçılıqla bağlı maneələri, fəallıqla bağlı qeyri-bərabərliyi aşağı salıb. Bundan əlavə, sosial media vətəndaşlara xəbərlər və məlumatlardan istifadə etmək, onları hazırlamaq və yaymaq kimi imkanlar verir ki, bu da ictimaiyyəti inandırmaq üçün yeni imkanlar gətirir. Sərgi, gələcəkdə fikirlərin formalaşdırılmasına əhəmiyyətli dərəcədə təsir edən sosial media ilə əlaqəli olan bu vasitələri aşkara çıxarır.

Aqil Abdullayevin bədii dili, rəssamın özünü araşdırma obyekti kimi istifadə etməklə, şəxsi yanaşması ilə müəyyən edilir: rəssam 90-cı illərdə, onun gündəlik həyatının ayrılmaz hissəsi olan sosial media ilə birgə dünyaya gəlib, xaricdə təhsil alıb və bu yaxınlarda vətənə dönüb. Sərginin giriş ərazisində yerləşən video əsərində rəssam öz ziyarətçisini salamlayır və ona sərgi haqqında qısa məlumat verir. Bu əsər, ziyarətçi üçün baxış və mühafizə hissini yaratmaq niyyətində olan, idarəetmə və nəzarət məqamlarını qeyd edir. Digər otaqlara keçərkən, bu təəssürat uzun çəkmir. Belə ki, əsərlər, şəxsi və sosial transformasiya məqamlarında yaranan aralıq, anlaşılmazlıq, keçid və dəyişkənlik məqamlarını aşkara çıxarır. Rəssam öz “Gəliş (Mən deməliyəm)” adlı əsərində, arxitektur dəyişikliklər və mədəniyyət fərqliliyini nəzərə almaqla, vizual oçerk formasında Birləşmiş Krallıqdan gəlişini təsvir etməklə, öz tanışına söylədiyi əcnəbi baxışları təhlil edir. “Tural haradadır?” adlı əsəri ilə, rəssam üstünlük təşkil edən ənənəvi baxışlar kontekstində kişi mədəniyyəti və yeniyetməliklə bağlı bəyanatları araşdırır. Sərginin sol qanadında əsərlər fərdidən kollektivə keçid alır. Rəssamın səs instalyasiyası, diqqəti beynəlxalq liderlərin səs materialına cəlb edir və bu, onun ictimai diskursa dair təhlillərini və gənc auditoriyanın ictimai-siyasi məsələlərə marağını təsdiqləyir. “Çəhrayı şəhər” - xəyali sığınacaq ideyasını sual altına qoyur. Burada, özünü təhlükədə hiss edən hər kəs rəqəmsal dövrün gələcək kiber ixtiraları ilə teleportasiya oluna bilər. Sərgi məkanı boyunca QR-kodlar yerləşdirilib və əsərlər üzrə araşdırma materialı kimi xidmət göstərməklə, onlar ziyarətçiləri məqalələri oxumağa dəvət edir.

Rəssam haqqında
Aqil Abdullayev (d.1992, Bakı) əsasən hərəkətli təsvir, performans və fotoşəkil kimi medialarda çalışır. Onun təcrübəsi, sosial və şəxsi həyat, gender, sosial media mədəniyyəti, utopiya və futurizm kimi mövzular ilə əlaqəli olmaqla, Qərb və Şərq arasındakı təzadları araşdırır və bu mövzular arasında məkanları birləşdirir. Abdullayev Nottingem Trent Universitetinin təsviri incəsənət fakültəsini birinci dərəcəli fəxri fərman və bakalavr dərəcəsi ilə bitirib və 2018-ci il Bloomberg New Contemporaries mükafatına və Birləşmiş Krallıq, Nottingemdə One Throsby Street qalereyasının “Attic Residency” proqramının iştirakçısı adına layiq görülüb. Rəssamın əsərləri Liverpul Biennalesi (2018), Primary Müasir İncəsənət Məkanı (2017), “The Wrong” – Yeni Rəqəmsal Art Biennalesi (2017), Tate Modern (2016), Gənc Rəssamların 4-cü Moskva Beynəlxalq Biennalesindəki YARAT Pavilyonunda (2012) nümayiş etdirilib. Hal-hazırda, Aqil Bakıda yaşayır və fəaliyyət göstərir.


ARTIM haqqında 
ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.

Açılış: 3 noyabr, saat 19:00 
ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)
Giriş sərbəstdir

Sərginin müddəti: 3-30 noyabr
Sərginin iş rejimi: çərşənbə axşamı – bazar, 12.00 – 20.00
Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414




03 Ноября - 30 Ноября
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.