Elan Uşaqlar üçün Röyalar dünyasında Sand Art
Röyalar dünyasında Sand Art

“Röyalar dünyası” -Biz valideynlər uşaqlarımızı ağıllı, hərtərəfli inkişaf etmiş, özünə inamlı görmək istəyirik. Lakin həmişə istədiyimizi əldə edə bilmirik. Müasir təhsil və uşaqların tərbiyəsi sistemində (uşaq baxçaları və müxtəlif inkişaf mərkəzləri) uşaqların maraqlarını nəzərə almadan ümumi standart proqram üzrə uşaqları öyrətməyə çalışırlar.

Bizim “Röyalar dünyası” uşaq mərkəzi sizə Uşağınızın inkişafı üçün tamamilə başqa yanaşma təklif edir. Biz övladının parlaq şəxsiyyət kimi, həyatsevər olaraq böyüməsini istəyən valideynlərə kömək etməyə şad olacağıq.

Biz işimizdə uşağın yaradıcı potensialı formalaşdıran emosional-şəxsiyyət kimi inkişafını ön plana çəkirik. Sizlərə qarşısına qoyulan məsələni peşəkarcasına yerinə yetirən yüksəkixtisaslaşdırılmış pedaqoqları təqdim edirik.

Yəqin ki, hər kəs bilir ki, uşaqlar üçün qumla oyunlar ən sevimli məşğuliyyətlərdən biridir. Qum hiyləgərdir və əgər onunla dost olmağı öyrənsən, o da səninlə dost olacaq! Məşhur psixoterapevt Karl Qustav Yunqun qeyri-adi kəşfini xatırlayaq -qum insanın psixikasına ən müsbət yolla təsir edərək emosiyaları tarazlaşdırır. Unutmaq olmaz ki, qum mənfi enerjini qəmi, müxtəlif növ daxili ixtilafları, təcavüzkarlığı özünə çəkir və müsbət enerjiyə çevirir. Qumla şəkil çəkmə studiyasını açmaq fikri də belə yarandı. Məşğələlərimizin köməyi ilə sizlərə daxili harmoniya əldə etməyə kömək edəcəyik.

İndi isə bir müddətlik qədim vaxtlara -evlərimizin belə keyfiyyətli tikilmədiyi, uşaqların saatlarla qumluqda oynadığı, qədim qum qəsrlərinin olduğu vaxtlara qayıdaq. Uşaqları bu oyunlardan ayırmaq mümkün deyildi! Niyə? Cavab sadədir: uşaqlar qumla oynayan zaman sürətlə inkişaf edirlər, dünyanı dərk edirlər. Bu çoxdan məlumdur. Uşağın qum şəkli çəkmək bacarığı, qum üzərində şəkil çəkməyin köməyi ilə onun ağıl və yaradıcılığının inkişafı -bunu uşaq studiyamızda həyata keçiririk.

Qumla şəkil çəkmək maraqlı olmaqla yanaşı, uşaq üçün yeni sehirli "qəsrlər" dünyasının açılışıdır. Bizim rəhbərliyimiz altında o, ayrı-ayrı şəkillər, həmçinin filmlər çəkəcək. Bu da onun bədii-estetik tərbiyəsi üçün inkişafetdirici faktordur.

Beləliklə, uşağın qarşısında qum var... O, əllərini ona vurur və sərinliyini hiss edir... Qumu barmaqları arasından buraxaraq uşaq öz əllərinin istisini hiss edir. Uşağınız kəşfin sərhəddindədir!

Sizi bu ünvanda gözləyirik: T.Elçin küç., 6, m.13. Əlaqə telefonları: (+994 12) 492 21 92, (+994 55) 266 24 42.




Uşaqlar üçün




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.