Elan Sərgilər Klassik avtomobil sərgisi
Klassik avtomobil sərgisi

 

23 fevral 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”nin rəsmi açılış mərasimi keçirilib.  Sərgi Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın “Classic Remise” və Fransanın Milli Avtomobil (Şlumpf kolleksiyası) muzeylərinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Ekspozisiyada avtomobilin yarandığı ilk dövrlərdən -  XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.

İlk dəfə olaraq belə geniş çeşidli eksponatlarla təşkil olunan sərgidə, həmçinin müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol nişanları, avtomobillər haqqında nəşrlər və digər aksesuarlar, eləcə də arxiv materialları əsasında hazırlanan videoçarxlar təqdim olunur.

Sərgi həftənin cümə, şənbə və bazar günləri işləyir.

Bilet: 10 AZN ( 5 nəfərlik və daha artıq şəxsdən ibarət qruplar üçün - 6 AZN)

Klassik avtomobil sərgisi həftənin cümə, şənbə və bazar günləri açıq olur. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından və ya Mərkəzin rəsmi saytından (www.heydaraliyevcenter.az) almaq olar. Biletin qiyməti 10 AZN-dir. Ziyarətçilər 5 nəfərlik və ya daha artıq şəxsdən ibarət qrup halında gəldikdə biletləri 6 AZN-ə ala bilərlər.

Heydər Əliyev Mərkəzində sərgilər çərşənbə axşamı-cümə günləri saat 11.00-dan 19.00-dək, şənbə bazar günləri saat 11.00-dan 18.00-dək açıq olur. Kassa çərşənbə axşamı-cümə günləri saat 11.00-dan 18.00-dək, şənbə bazar günləri isə saat 11.00-dan 17.00-dək işləyir.

Sərgi zalında foto və video çəkilişlərin aparılmasına icazə verilmir.

 




Sərgilər




Lombok, İndoneziyaya Unudulmaz 2 Həftəlik Səyahət Qazan!

Ada tətilini xəyal edirsiniz? Tripsome bir şanslı qalibi və qonağını İndoneziyanın Lombok adasına, Mawun çimərliyinə yaxın gözəl 2 həftəlik səyahətə göndərir! Növbəti sifarişinizin cənnətə necə aparacağını kəşf edin.

Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.