Elan Teatr Ad tamaşası
Ad tamaşası

İyunun 2-də Heydər Əliyev Mərkəzində Rusiyanın «Atelye» teatrı (Müstəqil teatral layihə) «Ad» tamaşasını təqdim edəcək. Məşhur «Ad» («Le Prenom») pyesinin müəllifləri fransız dramaturqlar Aleksandr de la Patelyer (Alexandre de La Patelliere) və Matye Delaportdur (Matthieu Delaporte).

«Atelye» teatrının təqdimatında səhnələşdirilən «Ad» tamaşasının quruluşçu rejissoru Daynyus Kazlauskasdır. Səhnə əsərində rolları Mariya Kulikova (Marqarita), Georgi Dronov (Leonid), Konstantin Yuşkeviç (Andrey), Mariya Rışenkova (Anna) və Anton Eldarov (Yevgeni) oynayırlar.

Pyesin süjet xətti həyatdan götürülüb: şam yeməyində ailənin yeni doğulmuş üzvünə qoyulacaq ad müzakirə olunur. Sevgi və intriqanı əks etdirən səhnə əsəri tamaşaçılara maraqlı, xoş anlar bəxş edəcək.

Qeyd edək ki, «Ad» («Le Prenom») pyesinin çox uğurlu taleyi olub. Əsər əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası 2010-cu ildə Parisdə VII Eduard Teatrında keçirilib və pyes bu səhnədə 243 dəfədən çox oynanılıb. Premyeradan sonrakı iki həftə ərzində Avropanın əksər ölkələrinin, eyni zamanda İsrail, Latın Amerikası ölkələri və ABŞ-ın nüfuzlu teatrları pyesin səhnələşdirilməsi hüququnu əldə edib. 2012-ci ildə əsər eyni adla ekranlaşdırılıb və 2013-cü ildə Fransada 2 nominasiyada «Sezar» kino mükafatına layiq görülüb.

«Atelye» teatrının təqdimatında «Ad» tamaşasınıın premyerası 2016-cı il yanvarın 31-də olub. «Atelye» Rusiyada fəaliyyət göstərən böyük özəl teatrdır. Tamaşaları yüksək səviyyəli peşəkarların ərsəyə gətirməsi, rolları ən güclü səhnə ulduzlarının oynaması, səhnələşdirmək üçün yalnız müasir tamaşaçıların rəğbətini qazanmış pyeslərin seçilməsi teatrın əsas prinsipləridir.

Heydər Əliyev Mərkəzində nümayişə olunacaq tamaşaya biletlərin qiyməti 10, 20, 30, 50 AZN-dir.




Teatr
Bilet: 10, 20, 30, 50 AZN Heydər Əliyev Mərkəzi




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?