Elan Kino digər yerlərdə
Kino digər yerlərdə
"Buzlaq dövrü 3: dinozavralar erası"

Azər baycan kinotetrında iyul ayının 1-dən "Buzlaq dövrü 3: dinozavralar erası" adlı filmin premyerası baş tutacaqdır. Artıq tanınmış bu multfilmin qəhrəmanlarını biz bu dəfə yeni bir tarixi zamanda görəcəyik. Qəhrəmanlar yad bir yerədə dinozavrlara qarşılaşırlar, və məzəli macaralara rast gəlirlər.

Arvadbaz

Nikki gənc, valehedici birisidir və əks cinsin nümyəndələrinin hər zaman diqqət mərkəzindədir. Onun Somanta ilə romantik münasibətləri istisna olaraq qarışılıqı maraqlara əsaslanır. Nikkini yalnız və yalnız onun kredit kartı və heyranedici mülk evi, uğurlu, lakin yalqız Samantanı isə - coşqun və qaba seks maraqlandırır. Lakin Nikki Hizere rast gələn zaman arsız jiqolonun beynində və qəlbində sanki nəysə oyanır...

Qarağaclar küçəsində vahimə

Şəhər kənarından olan bir qrup yeniyetməni eyni qorxunc yuxu rahat buraxmaq bilmir: yuxularında onları tükürpədici, eybəcər hala salınmış qatil - Freddi Kryuqqer addımbaaddım izləyir. Onlar bir-birlərini yalnız ayıq olanda müdafiə edə bilərlər. Yuxuda isə onlar canlanmış qorxunc qatillə təkbətək qalmağa məcburdurlar, xilas olmaq şansları isə sıfıra bərabərdir... Axı yuxuda öldükdə onlar həqiqətdə də həyatla vidalaşır...

Yırtıcılar

Yırtıcılar planetində insanlar üçün yer yoxdur. Lakin əgər siz ora düşmüşsünüzsə, o zaman heç bir vaxt eşidib duymadığınız dəhşəti yaşamağa hazır olun...... 

Şər iqamətgahı 4: Ölümdən sonrakı həyat

Elis insanları əcinnəyə döndərən virus infeksiyasına yoluxmuş dünyada öz yolunu davam etdirir. Filmin baş qəhrəmanı sağ qalmış insanları xilas etmək üçün təhlükəsiz yer axtarışındadır. Onun Ambrella korporasiyası ilə amansız mübarizəsi yeni mərhələyə qədəm qoyan zaman köhnə dostu ona gözlənilmədən yardım əlini uzadır. O, Elisi Los-Ancelesdəki təhlükəsiz yerə cıxarmağı söz verir, lakin onlar şəhərə çatan kimi orada minlərlə yoluxmuşları görür və mühlik tələdə olduqlarını anlayırlar... 

Ye, dua et, sev

Ərli qadın Elizabet Qilbert bir gün başa düşür ki...

Məhəbbət haqqında

Sevgi, gözəl həyat illuziyası, romantik xarakterin yalnış fikirləri haqqında hekayə.

Sutenyor

Özünü sutenyor kimi qələmə vermək məcburiyyətində olan klerk haqqında kriminal komediya. 

Paranormal hadisələr 2

Evlərinin sındırılma seriyasından sonra ərlə arvad evin hər yerində kamera quraşdırmaq qərarına gəlir.

Təsirli tətil

Kollec tələbələrinin bir qrupu istirahət günlərində əylənmək üçün şəhər kənarına gedirlər, lakin birdən hadisələr cığırını dəyişir.

Məni içəri burax. Saqa

Məşhur İsveç nağılının Amerika remeyki.

Nuovo Cinema Paradiso

Bakıda keçirilən Avropa Kinofestivalı çərçivəsində, Landmark-da italyan rejissor Cuzeppe Tornatorenin "Nuovo Cinema Paradiso" filminin nümayişi olacaq. Film italyan dilində ingilis subtitrla nümayiş olunacaq. Giriş pulsuzdur.

Balkon

Bakıda keçirilən Avropa Kinofestivalı çərçivəsində Landmark-da ilk məhəbbət haqqında "Balkon" (Litva) filmi göstəriləcək. Film 2008 -ci ildə buraxılıb və ingilis dilində suptitrlarla Litva dilində nümayiş etdiriləcək. Rejissor: Hedre Beynoryute. Rollarda: Elzbeta Dequtite, Karolis Savitskis, Viktoriya Kyodite, Rolandas Kazlas. Giriş pulsuzdur.

Ölmək zamanı

Bakıda keçirilən Avropa Kinofestivalı çərçivəsində məşhur Polşa rejissoru Dorota Kendejavskayanın "Ölmək zamanı" filmi Landmark Rotunda zalında göstəriləcək. Film 2007 -ci ildə çəkilib və azərbaycan və ingilis dilində subtitrlarla polyak dilində  nümayiş etdiriləcək.

 

Duşka

Bakıda keçirilən Avropa Kinofestivalı çərçivəsində Landmarkda rejissor Cos Stellinqin çəkdiyi "Duşka" filmi göstəriləcək. Film Niderland, Rusiya və Ukrayna tərəfindən çəkilib. Giriş pulsuzdur.

Yay

Kappelhausda rejissoru Mayk Maruzk olan "Yay" filminin nümayişi olacaq. Film 2008-ci ildə Almaniyada çəkilib. Baş rollarda: Cimi Oksenknext, Sonya Gerxardt, Yanis Nivyoner, Culian Kryuger, Laura Vitsen, Andreas Dışevski. Giriş pulsuzdur.

Axmaqlar əsri

Bakıda keçirilən Avropa Kinofestivalı çərçivəsində rejissor Fanni Armstronqun "Axmaqlar əsri" filmi Landmark Rotunda zalında göstəriləcək. Film 2009 -cu ildə çəkilib və ingilis subtitrları ilə azərbaycan dilində nümayiş etdiriləcək.

Dörd dəqiqə

Kris Krausun "Dörd dəqiqə" dramı Bakıda keçirilən Avropa Kinofestivalı çərçivəsində Landmarkda Rotunda zalında göstəriləcək. Film iki qadından bəhs edir: 80 yaşlı Frau Kryuger qocalıqda orqan çalan və gənclikdə virtuoz pianoçu və 20 yaşlı məhbus Cenni fon Lyoben. Hadisələr XX əsrin sonu qadın həbsxanasında cərəyan edir.

Boş tara

Çex rejissoru Yan Sverakın "Boş tara" filmi Bakıda keçirilən Avropa Kinofestivalı çərçivəsində Landmarkın Rotunda zalında nümayiş etdiriləcək. Film 2007-ci ildə çəkilib, azərbaycan və ingilis dillində subtitrlarla Çex dilində göstəriləcək. Qəmgin yumorlu, istehzalı bir Çex filmi.

 

Video

Məlumat kitabçası

Taksim Kebap
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küc., (Ganjlik Mall, 3-cü mərtəbə)
Buxara
  • Mətbəx:КухнаКухна
  • Ünvan:Mikail Müşviq küç., 77 A
Harbour Tap & Grill
  • Mətbəx:Balıq menyusu
  • Ünvan:Neftçilər pr.,153 (Port Baku)
Mojo club
  • Mətbəx:Avropa
  • Ünvan:13, Tarlan Aliyarbekhov str.
Ev Konsepti
  • Mətbəx:
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (3-cü mərtəbə)
Mudo Concept
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küç., (Ganjlik Mall, 2-ci mərtəbə)