YARAT Film Klub: Yeni il gecəsində möcüzə

Martın 19-u Bakı Uşaq Kino Məktəbinin şagirdləri tərəfindən çəkilmiş "Yeni il gecəsində möcüzə" qısametrajlı filmini təqdim edəcəyik.

"Yeni il gecəsində möcüzə" filmi – yeni il ərəfəsi Şaxta babanı tapmaq qərarına gələn uşaqların hekayəsidir...Bəzən biz böyüklər uşaqlarımıza fikir vermirik, onları hiss etmirik və onlar haqqında düşünmürük. Unuduruq ki, onların ünsiyyətə və sevgiyə ehtiyacları var. Qəlbimizin dərinliyində biz hamımız balaca uşaqlarıq. Biz nəyisə lap çox, səmimi qəlbdən arzulamağı bacarırıq... və əgər möcüzələrə inansaq, onlar mütləq həyata keçir!

Film Azərbaycan dilində nümayiş olunacaq.

19 mart, 19:00
Giriş sərbəstdir



Şəhər
YARAT Freestyle: "Dizayn metodologiyası. Yerlərdə tədqiqat"

4 aprel tarixində, "AOUMM" memarlıq şirkətini təmsil edən italyan memarı Mateo Umberto Poli, YARAT Müasir İncəsənət Mərkəzində "Dizayn metodologiyası.

ARTIM: Şəlalə Salamzadə / Vizual kommunikasiya

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Təcrübə. Düşüncə. Nəticə." sərgisi çərçivəsində vizual rəssam Shalala Salamzadeh ilə keçiriləcək yeni vizual kommunikasiya dünyasından ilhamlanmış incəsənət haqqında müzakirəyə dəvət edir.

YARAT Film Klub: "Bu sevgidir"

Əziz kinosevərlər, sizi martın 5-i filosof və konseptual rəssam Teymur Daiminin "Bu sevgidir" adlı filminə baxmağa dəvət edirik.

ARTIM: Vüsal Əhmədov "Atalar 3-dən deyib" müzakirə

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Perpendikulyar Həqiqətlər" sərgisi çərçivəsində rəssam Vüsal Əhmədovun iştirakı ilə sosial problemlər üzrə "Atalar 3-dən deyib" adlı müzakirəyə dəvət edir.

Bütün məqalələr
Avropa Azərbaycan Məktəbi "Medeya" faciəsini səhnəyə qoyub

12 May tarixində Avropa Azərbaycan Məktəbinin səhnəsində Evripidin yazdığı antik yunan faciəsi “Medeya” oynanılıb. Tamaşa 9-cu sinif şagirdləri tərəfindən ingiliscə ifa edilib. Əsas rollarda Amina Hacıyev (Medeya), İlkin Bayramov (Yason), Ramiz Əhmədzadə (Kreont), Fuad Tağıyev (Egey), Fainə Cəfərova, Nuray Həsənova, Nərgiz Quliyeva (dayələr), Bəxtiyar Sadıqov (tyutor), Ayan Əliyeva (carçı), Əminə İsmayılova və Riyad İsmayılov (xor rəhbərləri), Ellada Cəfərzadə və Nərgiz Əliyeva (uşaqlar) olub. Kütləvi səhnələrdə digər şagirdlər xoru təşkil ediblər.