BAKU JAZZ FESTIVAL

  • 02.09.2019
  • 19421

  • Musiqi

More jazz, more intellect!

Kübar sənət biliciləri və zövqlü müsiqi həvəskarları müxtəlif jazz improvizasiyaları ilə zəngin Bakı payızını gözləməkdədilər. Jazz - musiqi sənətinin ən demokratik üslub və həyat tərzi - dünyanın etnik mədəniyyətlərin özünəməxsus sintezidir. Canlı və unudulmaz təəssüratlar üçün “BAKI JAZZ FESTİVAL-2019” müxtəlif üslub və  istiqamətləri təqdim edir: avanqard, ənənəvi və etnik jazz, simfojazz, habelə musiqiçilərin ustad dərsləri, rəsm və foto sərgiləri, dünya kinosunun jazz mahnılarına dair müzakirələr, həmçinin tematik, praktik və məlumatverici proqramlara giriş sərbəst olacaq. Bütün bunlar “Daha çox jazz, daha çox intellekt” festival şüarı altında keçiriləcək. 

Festival bir neçə məkanda fəaliyyət göstərəcək: Landmark, Muğam Mərkəzi, Azərbaycan Dövlət Akamedik Musiqili Teatrı, Kamera-Orqan Musiqisi Zalı (Kirch). Jazz festivalının gözəçarpan məqamlarından biri də gecəyarısı jam-session’dur. Bakı festivalı “Round Midnight” jazz kompozisiyasına əsaslanan dünya festival ənənələrini dəstəkləyir. Bu cür təbii meydançalarda həm üslub, həm musiqi istiqamətlətinə görə kulturoloji cəhətdən bir-birinə tam diametral əkslər kəsişir. Bir qayda olaraq, jazz musiqiçiləri, əvvəllər heç yerdə kollektiv vahid səs yazısında işlətmədikləri melodiyalar əsasında improvizasiya seansları keçirir və intellektual auditoriya üçün eksklüziv musiqi təqdim edirlər. Bu, istənilən səviyyəli musiqiçilər üçün imtahan sessiyası və hər şeydən öncə, Azərbaycan jaazmenlərinin potensiallarını nümayiş etdirmələri üçün bir şansdır. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə bütün musiqi həvəskarları və jazz biliciləri üçün gecə yarısı keçirilən sessiyalara giriş sərbəst olacaq. Jazz konsertləri üzrə ixtisaslaşan avstriyalı ekstra sinif səs mühəndisi (tonmeister) təşrif buyuracaq. Əvvəlki festivalların səs yazısını qüsursuz qeydə almış avstriyalı ustaddın səsləndirmə sistemi Avropa  jazz klubları səviyyəsində qurulmuşdu.

Daha cavan ifaçıları gənc istedadların beynəlxalq jazz müsabiqəsində dinləmək mümkün olacaq. Münsiflər heyətinin adları, habelə müsabiqədə iştirak üçün detallarla tanış olmaq üçün, festivalın veb saytında tam məlumat əldə etmək mümkündür. Festivalın təşkilat komitəsi ali təhsil müəssisələrinin tələbələri üçün 50%-lik endirim təmin edir. Tələbə biletini təqdim edən bütün kassalarda biletləri 50% endirimlə əldə edə biləcək.

Festival proqramı haqqında bütün məlumatları festivalın rəsmi saytında əldə etmək mümkündür: 
bakujazzfestival.com
 



Musiqi
Bakıda Top 8 ən populyar Karaoke məkanları

Bu Karaoke məkanlarında musiqisevərlər mahnı oxuyaraq və əylənərək unudulmaz vaxt keçirə bilərlər.

Bakıda Jazz dinləyə biləcəyiniz ən yaxşı məkanlar

İstər Jazz həvəskarı olun, istərsə də sadəcə əyləncəli bir axşam keçirmək istəyirsinizsə, bu unikal yerlərə üz tuta bilərsiniz

Azərbaycanda repin tarixi

Azərbaycan rep musiqisinin (adətən Azrep adlanır) tarixi 20-ci əsrə, 1983-cü ildə Çingiz Mustafayevin “Dünənki keçdi” rep mahnısını ilk dəfə Azərbaycan dilində ifa etdiyi vaxta təsadüf edir. Bu mahnı Azərbaycanda ilk rep mahnısı kimi tarixə düşdü.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!