Teslanın rəqibi elektromobil prototipini təqdim edib.

Los-Ancelesdə keçirilən prezentasiyada startap Lucid Motors yeni elektromobil prototipini - Lucid Air təqdim edib. Bəzi xüsusiyyətlərinə görə maşın Tesla Model S-in 100D yenilənmə ilə son versiyasını üstələyir.
Qiyməti $160 000 olan Lucid Air elektrokar 2,5 saniyəyə 97 km/s sürət yığır və 647 km yolu enerji yığmadan bir dəfəyə gedir. Müqayisə üçün qeyd edək ki, Tesla Model S modelinin keçən ilin sonunda təqdim edilən yenilənmiş versiyası həmin sürəti 4 saniyəyə yığır. Bir dəfəyə isə 539 km yol qət edə bilir.