NASA Yerə bənzəyən yeddi planet tapib
Bir qrup beynəlxalq alim Trappist-1 ulduzu ətrafına fırlanan 7 planet tapib. Onlardan üçü həyatın mümkün olduğu "yaşayış üçün yararlı" zonadadır. Nasa nümayəndələri press-konfransda qeyd ediblər ki, Planetlərin hamisi Yerə nisbətən yaxındır və onlar yerdən kənar həyatın öyrənilməsi üçün uyğun laboratoriya olacaq.
The New York Times xəbər verir ki, aşkar edilən 7 planet yerdən 40 işıq ili məsafədə yerləşir, bu planetlərin orbitinin yerləşməsi onları bütün xırda detallara qədər öyrənməyə imkan verir. Əvvəl alimlər bu sistemdə ancaq iki planet tanıyırdı. Bu yeddi planet ölçüsünə görə Yeri xatırladır. Tədqiqat qrupunun rəhbərlərindən biri, astronom Mikel Qillonun sözlərinə görə bu, ulduzlar sistemində ilk belə ekzoplanet yığmasıdır.
Dördüncü, beşinci və altıncı planet (Trappist 1-E, 1-F və 1-G) "yaşayış üçün yararlı" zonadadır, yəni onların səthində okean yerləşə bilər. Onlar ulduzdan kifayət qədər məsafədədir, buna görə də istiliyini saxlayır, amma atmosferi buxarlandıracaq və suyu yuxarı qaldıracaq qədər qızmır. Trappist-1 ulduzlar sistemi Yerdən 40 işıq ili məsafəsindədir, bu planetlərin orbitinin yerləşməsi onları bütün xırda detallara qədər öyrənməyə imkan verir. Əvvəl alimlər bu sistemdə ancaq iki planet tanıyırdı.
Planetlərin hər biri ölçüsünə görə Yeri xatırladır —tədqiqat qrupunun rəhbərlərindən biri, astronom Mikel Qillonun sözlərinə görə bu, ulduzlar sistemində ilk belə ekzoplanet toplanmasıdır.
Dördüncü, beşinci və altıncı planet (Trappist 1-E, 1-F və 1-G) "yaşayış üçün yararlı" zonadadır, yəni onların səthində okean yerləşə bilər. Onlar ulduzdan kifayət qədər məsafədədir, buna görə də istiliyini saxlayır, amma atmosferi buxarlandıracaq və suyu yuxarı qaldıracaq qədər qızmır.