Cityquest haqqında bilməli olduğunuz hər şey

  • 28.08.2024
  • 440

  • Şəhər

CityQuest Nədir?

CityQuest - Azerbaijan əşfiyyat oyunlarıdır. Size üzün kəşf etmənizi də dəstəkləyir. Sualları cavablamaq üçün heç bir xüsusi bilik, hazırlıq və ya araşdırma tələb olunmur; əsasən ümumi dünyagörüşü və kəşfiyyata əsaslanır. Bu oyunları həm individual, həm də öz komandanızla oynaya bilərsiniz. Oyunların hər biri təxmini 1-2 saat davam edir. 1-2 saat ərzində siz həm dostlarınızla əylənirsiniz, həm də ki maariflənirsiniz. 

 

Citylife bu şəhər kəşfiyyat kvest oyunlarının məzmunu və məqsədi haqqında ümumi məlumat hazırlayıb.

CityQuest oyunlarında iştirak etmək üçün xüsusi bacarıqlara ehtiyac var?

Xeyr, bu oyunlarda iştirak etmək və oyunu uğurla bitirmək üçün xüsusi bacarıqlara ehtiyac yoxdur. Bu oyunlar böyük bir kütlə üçün nəzərdə tutulub və siz bu oyunlar zamanı düşündürücü sualları cavablandıraraq beyninizi məşq edəcəksiniz və dostlarınızla əyləncəli vaxt keçirəcəksiniz. Bu oyunlar zamanı suallar cavablandırılan zamanı komanda oyunu və detallara xüsusi diqqət yetirmək mühüm rol oynayır. Bu oyunlar yüksək dünya görüşü tələb etməsə belə dünya görüşünüz nə qədər zəngin olarsa, bu, sizə oyunu daha tez bitirməyə kömək edəcək. Lakin çətinlik çəksəniz narahat olmayın, dostlarınızla birlikdə mütləq çıxış yolu tapacaqsınız. 

Oyunlar keçirilən məkanlar

Oyunların çox hissəsi Bakı ərazisində - İçərişəhər və Balaxanıda keçirilir. CityQuest şirkətinin Şəki şəhərində "Qədim İpək Yolunun Sirləri" kvest oyunu da mövcuddur. Bu oyun zamanı siz İpək Yolunun əks-sədalarının onun dolanbac küçələri və möhtəşəm memarlığı ilə hələ də rezonans doğurduğu Azərbaycanın qədim Şəki şəhərində maraqlı bir səyahətə çıxacaqsınız. "Qədim İpək Yolunun Sirləri" oyunçuları bu tarixi ticarət yolunun sirlərini açmağa, mədəniyyət və gözoxşayan mənzərələr aləmindən zövq almağa dəvət edən şəhər kəşfiyyat oyunudur. 

Ən populyar CityQuest oyunu isə “Qaladan Qaçış”-dır. Adından bəlli olduğu kimi bu oyun zamanı siz Qala Qapılarından daxil olaraq orada olan “mühafizəçilərdən” xəbərsiz qaladan qaçmalısınız. Lakin narahat olmayın, sizi tutsalar belə oyun zamanı köməklərdən istifadə edib qaçmağa davam edəcəksiniz. 

CityQuest bir komanda oyunudur

Bu oyunlar zamanı komanda ilə birlikdə işləmək və komanda şəklində tapmacalara həll tapmaq, çətinliklərin üstəsindən gəlmək oyunu uğurlu bitirmək üçün vacibdir. Və bu oyunların komanda işinin, problem həll etmənin və analitik düşüncənin böyük rol oynadığı unudulmaz bir zehni məşqə çevirir.

Oyunlarda yaş məhdudiyyəti

CityQuest oyunları hər yaş kateqoriyası üçün nəzərdə tutulub. Bu oyunları baxça uşaqları, məktəblilər, tələbələr və iş adamları böyük maraqla oynayır. Lakin daha çox pazl və tapmaca həll etməyi sevən insanlar üçün nəzərdə tutulmuşdur. İnsanlar öz yaxınları ilə birlikdə bu oyunlarda iştirak edir və aralarındakı bağlılıqları artırırlar. 

_____
Müəllif : Samira Hasanova



Şəhər
Bakıda gedə biləcəyiniz 5 maraqlı anti cafe

Çox pul xərcləmədən dostlarınızla vaxt keçirmək və ya işlə məşğul olmaq istəyirsinizsə, antikafe ən yaxşı seçimdir. Anticafe sizə qeyri-məhdud sayda içki və şirniyyat təqdim edir, ancaq siz yalnız vaxt üçün ödəyirsiniz.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!