2024 Formula 1 Grandprisinə canlı baxmaq üçün ən yaxşı yerlər!

  • 01.09.2024
  • 2506

  • İdman

2016-cı ildən bəri Bakıda ənənəvi olaraq keçirilən yarış

2024-cü il Formula 1 Azərbaycan Qran Prisinin tarixi bəlli olduqdan sonra avtoidman həvəskarları 13-15 sentyabr tarixlərini səbrsizliklə gözləyirlər. 2016-cı ildən paytaxtımızda keçirilən bu yarışa ölkəmiz 8-ci dəfə ev sahibliyi edəcək. Təsnifat mərhələləri sentyabrın 13-14-də, əsas yarış isə ayın 15-i baş tutacaq. İçərişəhər, müasir göydələnlər və məşhur Dənizkənarı Bulvar boyunca qurulan Bakı Şəhər Halqası yüksək sürəti ilə avtoidman həvəskarlarının sevimlisinə çevrilib. Bu dəfəki yarışın daha böyük həyəcan və sürprizlərlə dolu olacağı gözlənilir. 

Formula 1 Azərbaycanda ən çox sevilən idman növlərindən biri olduğundan hər il olduğu kimi bu yarışa maraq çox böyükdür. Yerli əhali ilə yanaşı, möhtəşəm Azərbaycan Qran Prisi yarışlarını izləməyə hər il xaricdən ölkəmizə kifayət qədər turistlər gəlir. Bundan əlavə, Formula 1 Azərbaycanda avtomobil idmanının inkişafı üçün böyük rol oynayır. Azərbaycan Qran Prisi yarışları təkcə məşhur Formula 1 pilotlarının Bakıya gəlməsi ilə yadda qalmayacaq. Belə ki, Kolumbiyalı super ulduz və bir çox mükafatlara layiq görülmüş J. Balvin sentyabrın 14-də Bakıda Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində səhnəyə çıxacaq. Super ulduzun çıxışı səbrsizliklə gözlənilir və bu çıxış həmin günü daha da unudulmaz edəcək. 

Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək imkanı

2024-cü ilin ən maraqlı və yaddaqalan yarışlarından birini canlı izləmək imkanını qaçırmayın! Bu, trasın ən maraqlı hissəsinə baxan binada yerləşən şəxsi mənzilin eyvanı icarəyə götürməklə mümkündür. Bakı Qran Prisinin həyəcanının yaşamanın ən yaxşı yolu yarışı buradan seyr etməkdir. Bu təcrübə sizə bütün həyatınız boyu unuda bilməyəcəyiniz anlar yaşadacaq. Qiymət bir nəfər üçün 150 manatdır. Bu qiymətə püstə, pendir boşqabı, hisə verilmiş kolbasa, 3 növ cips, suxari, tum, pivə adambaşı 2 ədəd, alkoqolsuz içkilər, meyvə şirəsi, çay süfrəsi və müxtəlif şirniyyatlar, meyvə boşqabı və qəlyan daxildir. Sizə mənzilə giriş icazəsi veriləcək və icazəsiz heç bir şəxsin giriş əldə etməsi mümkün deyil. Balkondan yarışı canlı izləməklə yanaşı, yarışı tam izləyə bilməyiniz üçün zal və balkonda xüsusi monitorlar da qiymətə daxildir. 

Elə indi tripsome.az saytına daxil olub biletləri əldə edin, avtomobillərin sürətini və pilotların həyəcanını ən yaxından hiss etmək fürsətini qaçırmayın! Yerlər məhdud saydadır (eyni anda yarışı maksimum 10 tamaşaçı izləyə bilər), buna görə də, biletləri əldə etməyə tələsin! 


_____
Müəllif : Samira Hasanova



İdman
Bakıda 7 peşəkar atıcılıq fəaliyyətləri

Özünüzü atıcı kimi sınamaq istərdinizmi? İndi mümkündür! Canlı duyğular və unudulmaz təəssürat uzun müddət yaddaşınızda qalacaq. Həyəcan, adrenalin və strategiyanı birləşdirən 7 oyunu diqqətinizə təqdim edirik.

Bakıda qadınlar üçün 5 ən yaxşı hovuz

Bu yerlərdə hovuz yalnız müəyyən gün və saatlarda qadınlar üçün xidmət göstərir. Üzməyə gəlin və formada qalın!

YARAT Ədəbiyyat Klubu: Reyhan Yusifqızı / Mənim nağılım

Sizi fevralın 3-ü Ədəbiyyat Klubu çərçivəsində yazıçı Reyhan Yusifqızı ilə "Mənim nağılım" adlı tədbirə dəvət edirik.

Bütün məqalələr
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 20-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?

Bakıda turistlər üçün top 5 məkan

İstənilən ölkəyə səfər edərkən biz ziyarət üçün unikal yerlər axtarırıq. Azərbaycan hər il çoxlu turistlərin gəldiyi ölkədir. Citylife turistlər üçün Azərbaycana səfərləri zamanı ziyarət etməli olduqları top 5 məkanın siyahısını hazırlayıb.