Baku Street Food Festival
Tezliklə, Azərbaycanda ilk Küçə Yeməkləri Festivalı keçiriləcək. Mayın 19-dan 21-ə qədər Bakının mərkəzində -İçəri Şəhərdə sizi Red Bull və Hashtag Bar DJ-lərindən musiqi, yeməklə bağlı master klasslar, World Telecom-dan playstation mübarizəsi, Moscow Shisha Club-dan qəlyanlı ərəb nağılı və Şərqdən Qərbə qədər 30 növ ən müxtəlif yeməklər gözləyir! Street Food Festival nədir? Bu, inanılmaz sayda yeməklərin bir yerdə dadına baxmaq imkanıdır! Pastalar, suşilər, desertlər, dondurmalar hətta qurmanların ürəyini fəth edəcək.