23-25 iyunda Bakıda Formula-1 yarışları keçiriləcək

  • 01.05.2017
  • 4617

  • Şəhər

23-25 iyun tarixlərində Bakıda Formula-1 2017 yarışları keçiriləcək! 4 yarış gününə biletə yalnız 3 gün tribunaya daxil olmaq imkanı deyil, həm də əyləncəli tədbirlərdə və 22 iyun, cümə axşamı günü xüsusi təşkil olunmuş pit-leyn üzrə gəzintidə iştirak etmək imkanı daxildir. Bu, azarkeşlərə ən qeyri-adi idman növü ilə yaxından tanış olmaq, komandaların qarajına, mühəndislərin və mexaniklərin işlərinə baxmaq imkanı verəcək. Həmçinin satışda bir günlük biletlər var. Bu bileti əldə edərək yarışa müxtəlif ayaqüstü zonalarda və podiumlarda istənilən yerdən baxa bilərsiniz.  

Baku City Circuit (BCC) şirkəti xəbər verir ki, aprelin ortasında 2 yaşdan 16 yaşa qədər uşaqlar üçün Qran Pri Azərbaycan Formula 1 endirimli biletləri satışa çıxarılacaq.
4 günlük biletlər tam olaraq tribunaya satılır və məhdud saydadır. Qiyməti isə tribunadan asılı olaraq 140 manatla 480 manat arasında dəyişir. BCC şirkətinin kommersiya şöbəsinin müdiri Bülent Özerdim F1 azarkeşlərini fürsətdən istifadə edərək yarışlara uşaqlarla baxmağa çağırır: "Bu il ailə və dostlarla birlikdə Formula 1 əfsanəvi dünyasına baş vurmaq daha sərfəlidir. Bu gündən etibarən uşaqlar üçün endirimli biletlər bütün Qran Pri Azərbaycan tribunalarında. Bilet əldə edənlər dünyanın ən yaxşı pilotlarının yarışmasını canlı olaraq izləməklə yanaşı, həm də hər yaş üçün nəzərdə tutulmuş zəngin əyləncəli proqramdan zövq alacaq. Bütün azarkeşləri Qran Pri Azərbaycan 2017 biletlərini sərfəli qiymətlərlə bron etməyə və yarış uik-endinin unudulmaz ab-havasını hiss etməyə səsləyirəm."



Şəhər
Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.

Mühazirə "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi"

YARAT Akademiyasının növbəti məruzəçisi kurator, yazıçı və müəllim Misal Adnan Yıldız olacaq. Mühazirənin mövzusu: "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi".

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.