Amerika müğənnisi Madonna haqqında film çəkiləcək
Universal Pictures məşhur amerikan müğənni Madonna haqqında film çəkməyi planlaşdırır. Prodüserlərin sözlərinə görə hadisələr 1980-ci illərdə Nyu Yorkda cərəyan edəcək. Filmdə onun karyerasının başlanğıcından danışılır. Luiza Çikkone öz debüt albomunu buraxır və qəfil gələn məhşurluqla rastlaşır. Layihənin hələ ki, rejissoru yoxdur. Ssenarini "Berdmen" filmində Alexandro Qonsales İnyarritu ilə əməkdaşlıq edən Eliz Hollander yazıb.