Tom Kruz və Emili Blant "Gələcəyin sərhəddi" filminin davamına çəkiləcək

  • 08.05.2017
  • 13518

  • Kino

Zamanımızın lazımınca qiymətləndirilməyən fantastik filmlərindən birinin davamı çəkiləcək. "Gələcəyin sərhəddi" 2014-cü il may ayının sonunda çıxıb. Film tənqidçilərin sevimlisinə çevrilsə də prokatda cəmi 370 mln dollar qazandı. Yad planetli işğalçılarla döyüş meydanında olan Tom Kruzun qəhrəmanı müvəqqəti ilməyə düşür və oradan ancaq qəhrəman Emili Blantın köməyilə çıxır.

Heç nəyə baxmayaraq Wаrner studiyası risk etmək və filmin davamını çəkmək qərarına gəlib. Rejissor Daq Layman 2016-cı ilin aprel ayında layihəyə imza atıb, artıq oktyabrda deyirdi ki, "Gələcəyin sərhəddi 2" filmi sikvel aləmində inqilab edəcək.

Collider saytı ilə söhbətdə Layman qeyd edib ki, Tom Kruz və Emili Blant yenidən hərbiçi Bill Keyc və  Rita Vrataskini oynayacaq. Bundan əlavə rejissor deyib: "Bizim əla hekayəmiz var! İnanılmazdır! İlk filmdən daha yaxşı, mən isə ilk filmi çox sevirəm. Sikvel "Yaşa. Öl. Yenidən.Yenidən" (Live Die Repeat and Repeat) adlanır. Tom və Emili işin başlamasını səbrsizliklə gözləyir. Ən əsası vaxt tapmaqdır."



Kino
13-19 Mart Tarixlərində Uşaqlarınızla Gedə Biləcəyiniz 6 Tamaşa!

Bayramdan öncəki son həftəni ailəniz və uşaqlarınızla birlikdə faydalı və əyləncəli keçirmək istəyirsinizsə, sizə Bakıda gedə biləcəyiniz 6 teatr tamaşası təklif edirik!

Frankofoniya Film Festivalın Proqramı

Frankofoniya Film Festivalın Proqramı

“START” Festivalı “CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmini nümayiş etdirəcək

“CinemaPlus” kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası baş tutacaq.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!