DJ, bəstəkar və "drim-haus" janrının banisi Robert Maylz dünyasını dəyişib

  • 11.05.2017
  • 5783

  • Musiqi

10 may, çərşənbə günü, italyan DJ, bəstəkar və "drim-haus" janrının banisi Robert Maylz (əsl adı -Roberto Konçina) 47 yaşında dünyasını dəyişib. Hadisə İspaniyada baş verib və səbəbi hələ məlum deyil. DJ Mag Italia-nın verdiyi məlumata görə səbəb xəstəlik olub. Yağış Maylzın nə ilə yadda qaldığından və bir gecəyə yazılan Children treki 90-cı illərin ən məşhur hitlərindən biri olduğundan danışır.

Müharibədən "uşaqlara"
Treki yaratmaq ideyası Maylzda atasının Yuqaslaviya müharibəsindən çəkdiyi fotolar seriyasından sonra yarandı. DJ-i həm də italyan reyv-icmasında ölümlərin sayının artması narahat edirdi. Öz kompozisiyası üçün ifa zamanı səsləndirilməyən sözlər də yazmışdı: "Əgər dünyanın bütün uşaqları əl-ələ tutsa idi, bütün nifrət, müharibə və rasizm divarları dağılardı. Uşaqlar bilir, başa düşür və inanırlar ki, hər kəs və əbədiyyət üçün daha çox sevgi lazımdır."

"Avropa dəliliyi" - Maylzın hitini 1996-cı ildə Billboard jurnalının ilk səhifəsində belə adlandırmışdılar. O, etiraf edir ki, kompozisiya bir gecədə ərsəyə gəlib. Lakin onun ilk versiyasında pianinoda ifa edilən ritmik musiqi yox idi. Billboard-un fikrincə məhz bu hissə hiti yadda qalan etdi. Kompozisiyanın ilk veriyası 1995-ci ildə yaranıb və İtaliyada elə də yadda qalmadı. Uğur hekayəsi Mayls onu 1996-cı ildə Mayamidə Kimbo klubda qoyanda başladı. Gecədə Platipus Britaniya indi-leyblının prodüseri iştirak edirdi və o, kompozisiyanın hüquqlarını aldı və onu Avropada yaydı. Bununla da Maylz Avropanın bütün hit paradlarına düşdü və demək olar ki, həmişə ilk beşlikdə oldu. "Mən uğur qazanacağımı gözləyirdim, amma bu miqyasda yox" Maylz etiraf edirdi.

Yüngül bit və fortepianoda ifa edilən yumşaq melodiya "drim-haus" janrının əsasına təşkil etdi. Allmusic portalının məlumatına görə o, kompozisiyanın yazılmasına cəmi 150 funt xərcləyib. 1997-ci ildə ona Brit Awards mükafatı təqdim etdilər və bugünə qədər o, bu mükafata layiq görülən yeganə italyandır.

 


 



Musiqi
Bakıda Jazz dinləyə biləcəyiniz ən yaxşı məkanlar

İstər Jazz həvəskarı olun, istərsə də sadəcə əyləncəli bir axşam keçirmək istəyirsinizsə, bu unikal yerlərə üz tuta bilərsiniz

Azərbaycanda repin tarixi

Azərbaycan rep musiqisinin (adətən Azrep adlanır) tarixi 20-ci əsrə, 1983-cü ildə Çingiz Mustafayevin “Dünənki keçdi” rep mahnısını ilk dəfə Azərbaycan dilində ifa etdiyi vaxta təsadüf edir. Bu mahnı Azərbaycanda ilk rep mahnısı kimi tarixə düşdü.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.