2017 Formula 1 Azərbaycan Qran Prisinin yarış uikendinin tədbirlər proqramı

  • 23.06.2017
  • 8595

  • Şəhər

2017 Formula 1 Azərbaycan Qran Prisinin yarış uikendinin tədbirlər proqramı idman və əyləncə hissəsindən ibarət olacaq.

Əsas əyləncə zonası Bakı Dənizkənarı Bulvarında Abşeron tribunasından Azneft tribunasına, eyni adlı dairəyə qədər yerləşir. F1 biletlərinin sahibləri bu zonaya 22 iyun 14:00-dan daxl ola biləcək. 23 iyundan 25 iyuna qədər isə F1 azarkeşləri 10:00-dan etibarən bu zonaya ayaq basa biləcəklər. Gündəlik əyləncə proqramlarının kulminasiyası 23-24-25 iyun Tarkan, Nikol Şerzinger, The Black Eyed Peas qrupu və Meray Keri kimi dünya ulduzlarının konsertləri baş tutacaq.

Bilet əldə edənlər üçün Dəniz kənarı Bulvarda istirahət və əyləncə üçün sərbəst zonlara artıq açıqdır:

Konsert proqramı ilə birlikdə bir çox əyləncəli tədbirlər nəzərdə tutulub. Bu il təşkilatçılar açıq havada bayram ab-havası yaradacaq zəngin əyləncə proqramları tərtib edib. Formula 1 Azərbaycan Qran Prisi öz qonaqlarına xoş təəssüratlar bəxş edəcək. Siz əyani olaraq Formula 1 dünyası ilə tanış olacaq, ailənizlə inanılmaz həftə sonu keçirəcəksiniz.

Formula 1 ilə yaxından tanışlıq

Formula 1 dünyası ilə yaxından tanış olmaq üçün 4 günlük bilet sahibləri cümə axşamı, 22 iyun 19:00-dan 20:30-a qədər təşkil olunacaq pit-leyn gəzintisinə qoşula bilər. Gəzinti zamanı qonaqlar bütün pitleyn boyu komandaların qarajlarını gəzəcək, yarışlara hazırlıq mərhləsinə, həmçinin pit-stopların məşqinə baxacaq. Qonaqlar Pitleynə əsas tribuna Abşeronun yanında yerləşən F1 Village zonasından daxil ola bilər.

23-24-25 iyun hər gün 11:00-da Formula 1 pilotlarının avtoqraf sessiyası keçiriləcək. Avtoqraf sessiyada arzu edən hər kəs Ferrari, Mercedes, Red Bull və s. pilotlar daxil olmaqla öz kumiri ilə görüşə biləcək. Avtoqraf sessiya F1 Village səhnəsində keçiriləcək və onların vaxtını www.bakucitycircuit.com saytından öyrənə bilərsiniz.

Bundan əlavə azarkeşlər özlərini Bakı bulvarında yerləşən Oyun Zonalarında xüsusi simulyatorlarda yarışçı kimi sınaya bilər.

Azərbaycanın milli mədəniyyətinə səyahət

Formula 1 zamanı qonaqlar Azərbaycanın milli mədəniyyətilə tanış ola biləcəklər: xalçaçılıq, bəddi şüşə, arşın malçılıq, sikkələr, taxta üzərində işləmə, milli miniatür musiqi alətlərinin hazırlanması, naxış vurmaq, kəlağayı naxışları və s.

Şoumen və animatorların çoxsaylı tamaşaları

Qran Pri Azərbaycan qonaqlarını akrobatların, sirk artistlərinin və pantomima aktyorlarının çıxışları sevindirəcək. F1 bilet sahibləri əyləncə zonası boyu karnavalların, milli rəqslərin, aralarında Mirror People və Spandy Andy olan animator şoularının şahidi olacaq.

Uşaqlar üçün əyləncə

Baku City Circuit balaca qonaqları da düşünərək uşaqlı ailələr üçün tədbirlər nəzərdə tutub. Bunun çərçivəsində xüsusi uşaq sürücülük məktəbi təşkil olunacaq. Uşaqlar yol hərəkət qaydaları ilə əylənərək tanış olacaq. Daha böyük uşaqlar interaktiv və kollektiv müsabiqələrə qoşula bilər.

Sabir və Sahil parklarında əyləncə proqramları

Baku City Circuit yeni əyləncə zonalarına -Sabir və Sahil parklarına biletlər təklif edir. Bu biletlər Bulvarda yerləşən əyləncə zonalarına girməyə imkan vermir. Parklarda əyləncə proqramları 23 iyun 11:30-19:30-da, 24 iyun 11:00-19:00-da və 25 iyun 11:00-14:00-da keçiriləcək. Bu zonalarda nağaraçıların şousu, məşhur yerli Dj-lərin çıxışı, həmçinin hava şarında şou nümayiş olunacaq.

Populyar yerli ifaçılar

Fi azarkeşləri sevimli yerli musiqiçilərin canlı çıxışlarını izləyə biləcək. Onlar Bakı Bulvarında Formula 1 Village-in iki səhnəsində və "Azneft" zonasında çıxış edəcək.

Avroviziya 2017-nin iştirakçısı, "Skeletons" mahnısının ifaçısı Diana Hacıyeva (Dihaj) uikenddə çıxış edəcək. Müğənni 23 -25 iyun tarixlərində Dənizkənarı Bulvarda sizi gözləyəcək.

Çingiz Mustafayev 2007-ci ildə keçirilən "Yeni Ulduz" yarışmasının qalibi özünün “Palmas” qrupu ilə 22 iyundan 24 iyuna qədər azarkeşlər üçün oxuyacaq.

Anar Keytarman öz qrupu ilə Formula 1 azarkeşlərini əyləndirəcək. 22 iyundan 24 iyuna qədər qrup həm öz mahnılarını, həm də Bitls, Stinq, Vivaldi, Bax, Bob Marli və Ceyms Braunun repertuarından mahnılar ifa edəcək.

Dünya şöhrətli "Nərdivan" nömrəsi

Dünya şöhrətli sirk artisti Üzeyir Novruzov 2017 Formula 1 Azərbaycan Qran Prisinə gələcək. O, Amerikanın 2015-ci ildə «America's Got Talent» istedadlar şousunun qalibi olub.

Şou ABŞ, Fransa, Almaniya və İtaliyanın bir çox telekanallarında nümayiş olunub. Onun adı Ginnesin rekordlar kitabına daxil edilib.

Yarış qonaqları nərdivan şousunu 23-24-25 iyun F1 Village görə biləcəklər.  

DJ-lər şousu

Populyar Dj-lər və REEF, Bikoo, George Effe və Twist kimi populyar klubların rezidentləri Formula 1 azarkeşlərini əyləndirəcək. DJ REEF Formula 1 Village zonasında,  DJ Bikoo Azneft zonasında, George Effe İçri Şəhərdə, DJ Twist isə Sahil parkında çıxış edəcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisinin ilk və yeganə qalibi Mercedes AMG Petronas F1 Team-dir. 2017-ci ildə isə alman Niko Rosberq kollektivi tərk etdi və bununla da rəqabət səviyyəsi ciddi şəkildə artdı.

Azarkeşlər və Formula 1 həvəskarları üçün yarışların və tədbirlərin cədvəli artıq dərc edilib:

2017 Azerbaijan Grand Prix: Pre-Race Press Conference



Şəhər
Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.

Mühazirə "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi"

YARAT Akademiyasının növbəti məruzəçisi kurator, yazıçı və müəllim Misal Adnan Yıldız olacaq. Mühazirənin mövzusu: "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi".

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.