Şəki dağlarında yoqa tur
Səs-küylü şəhərdən, isti havadan və sonsuz qayğılardan yorulmusunuz? Restart düyməsinə basmağın vaxtı gəlib çatıb. Sizi təcrübəli müəllimə Olqa Yeqorova ilə Şəki dağlarında yoqaya dəvət edirik. Sakit şam meşələri, sərin dağlar, şıltaq dağ çayları, təmiz hava, vəhşi Şəki təbiəti və xoş aura Sizi gözləyir. Nəticənin zəmanəti üçün yoqa müəllimi Olqa Yeqorova bədənin, beynin və ruhun bərpası üçün 3 gün ərzində Sizinlə qiymətsiz təcrübəsini bölüşəcək. Proqramın praktik hissəsinə gündəlik xatxa-yoqa, paranayami, meditasiya, yaradıcı oyunlar daxildir. Proqramın yaradıcı hissəsinə sağlamlığın inkişafı mövzusunda mühazirələr, həmçinin suallara cavab və sərbəst mövzuda söhbətlər daxildir. Zəngin təbiət, təbii, təzə qida, gündəlik yoqa və meditasiya praktikası, tonqal ətrafında axşam söhbətləri, yeni dostlar kompaniyası, sakitlik tam relaksasiya üçün ideal şərtlər yaradır. Artıq iştirakçıların qeydiyyatına başlanılıb. İştirakçı sayı məhduddur. Başqa vaxta təxirə salmayın. Daha sağlam, dərrakəli və sevincli olmaq üçün indi və burada bu şansdan istifadə edin. Yoqa ilə məşğul olmağa, səyahət etməyə, yaratmağa, pozitiv enerji yığmağa və rahatlamağa gedirik!
Sualınız və ya təklifiniz varmı? Tədbirin səhifəsinə yazın və ya bizimlə əlaqə saxlayın.
Yoqa praktikası ilə bağlı zəng edin: Olqa Mob: (+994) 50 300 57 85
Tur əldə etmək üçün zəng edin: Şəhla Mob: (+994) 50 280 04 87 (whatsapp) Tel: (+99412) 4379090, ext.125