Stiven Spilbergin yeni "İlk oyunçu hazırlaşsın" fantastik filmi
Stiven Spilbergin yeni "İlk oyunçu hazırlaşsın" fantastik filminin treyleri təqdim edilib.
Film yazıçı Ernest Klaynın eyniadlı romanı əsasında çəkilib. Filmdə hadisələr yaxın gələcəkdə baş verir. Yer yaşamaq üçün mümkünsüz məkana çevrilib. İnsanlar "Oazis" adlı proqramla virtual reallığa yüklənərək bir-biriylə tanış olur, pul qazanır, oynayır və öyrənirlər. "Oazis"in dünyasını dəyişmiş yaradıcısı özündən sonra üç açar saxlayıb. Filmin əsas qəhrəmanı bu açarları axtaran Ueyd Uotts adlı yeni yetmədir.
"İlk oyunçu hazırlaşsın" fantastik filmi 2018-ci ildə ekranlara çıxacaq.