"CinemaPlus Gənclik Mall" kinoteatrında "2pac: Əfsanə" filminin premyera öncəsi nümayişi keçirilib

  • 31.07.2017
  • 6167

  • Kino

"CinemaPlus Gənclik Mall" kinoteatrında 25 iyul tarixində günorta radələrində müxbirlər üçün məşhur rep musiqiçi Tupak Shakurun həyatına həsr olunmuş "2pac: Əfsanə" filminin press nümayişi, axşam isə eyni filmin premyera öncəsi nümayişi keçirilib. Kinoteatrda əsl Nyu-Yorkun 90-ci illərin ab havası hiss olunurdu. Bütün foye Tupakın posterləri ilə bəzədilmiş, monitorlarda Tupakın şəkilləri yerləşdirilmişdir. Adi press stendin yerinə isə divarda Tupaka aid yazılar var idi. Qonaqlar üçün furşet və musiqi təşkil olunmuşdur. Qonaqlar arasında Azərbaycanın rep mədəniyyətinin təmsilçiləri yer almışdır. Malik Kələntərli, L-mir, Abdul Muzzy, Nadeer, Anar Nagilbaz, Orxan Qarabasma, Qurd, Dado, Uran, həmçinin şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri təşkilatların sahibləri olmuşdurlar.
Nümayişin sponsoları: Pasifico Lounge+dining, Avto Radio, tap.az vəTnt.
Filmin rejissoru Benni Bum. Filmdə baş rolları Demetrius Şipp k., Danay Cekesay Qurira Katerina Qrehem, Enni İlonze və başqaları ifa edib.
Qısa olaraq film haqqında: Rep əfsanəsi Tupak Şakurun dramatik həyatının əsas səhifələri. Dəfələrlə ittiham olunmuş və həbs edilmiş qaradərili getto, kriminal münaqişələrin iştirakçısı dünya rep mədəniyyətinin ən nüfuzlu simasına çevrilir.
"CinemaPlus" kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
 




Kino
Frankofoniya Film Festivalın Proqramı

Frankofoniya Film Festivalın Proqramı

“START” Festivalı “CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmini nümayiş etdirəcək

“CinemaPlus” kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası baş tutacaq.

YARAT Film Klub: Məddah

Bir zamanlar çox məşhur teatr aktyoru olan Əziz, hal-hazırda evsiz olduğundan dostlarının köməkliyi ilə otellərdə qalır.

9-cu Avropa Film Festivalına Bakıda start verildi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, Norveç Səfirliyi, Park Cinema ilə əməkdaşlıqda Bakıda 9-cu Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 10-21 oktyabr tarixlərində keçiriləcəkdir.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.