Heydər Əliyev Mərkəzində “Dəb ikonası” adlı seminar keçiriləcək

  • 20.02.2018
  • 4699

  • Şəhər

Heydər Əliyev Mərkəzində Rusiyanın dəb mütəxəssisi Natalya Tolkunovanın təqdimatında “Dəb ikonası” adlı seminar keçiriləcək. 12,13,14 mart tarixlərində keçiriləcək seminar üç mühazirədən ibarət olacaq. Mühazirələr 2 hissəlidir və ümumilikdə 2 saat müddətində davam edəcək. 

Seminarda iştirak ödənişlidir. Bir mühazirənin biletinin qiyməti 15 AZN, ümumilikdə üç günün bileti isə 30 AZN-dır. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından və yaxud saytından (www.heydaraliyevcenter.az) onlayn əldə etmək olar.

Seminar hazırda Mərkəzdə nümayiş olunan “Modernizm və Moda” sərgisi çərçivəsində təşkil olunur. Qeyd edək ki, 1960-cı illərin dəb nümunələrinin təqdim edildiyi bu sərgi Aleksandr Vasilyev Fondunun kolleksiyası əsasında tərtib edilib. 

Müasir dəbin müxtəlif sahələrindən baş çıxara bilmək üçün düzgün istiqamətləndiricilərə – qüsursuz zövqü ilə həmişə heyranlıq hissi yaradan, hər kəsi öz obrazını tapmağa ilhamlandıran şəxslərə ehtiyac var. “Dəb ikonası” seminarı moda aləminin liderləri ilə tanışlıq imkanı yaradır. 

Seminar iştirakçıları Heydər Əliyev Mərkəzində nümayiş olunan “Modernizm və Moda” sərgisi ilə ödənişsiz tanış olmaq imkanı da əldə edəcək. 

12 mart 2018-ci il, saat 19.00 
“Yüksək dəb ikonaları” 

Mühazirə zamanı cəmiyyətdə tutduqları mövqe, böyük nüfuz və zövqlərinə görə dəbi diktə edən və heç bir zaman modanın zirvəsindən enməyən qadınlar haqqında məlumat veriləcək. 

XX əsrin ortalarının dəb ikonalarının geyim tərzi bir daha sübut edir ki, zəriflik, kübarlıq yaşa baxmır. Məqsədyönlülük və güclü xarakterləri sayəsində qarşıya qoyduqları bütün vəzifələrin həyata keçirilməsinə nail ola bilən bu qadınların qeyri-adi taleləri bu gün də nümunə sayıla bilər. 

13 mart 2018-ci il, saat 19.00 
“Kino və moda: kino ulduzlarının tərzi” 

Mühazirə çərçivəsində Qreta Qarbo, Marlen Ditrix, Odri Hepbern, Qreys Kelli kimi məşhur aktrisaların dünyalarına maraqlı səyahət olacaq. Onların moda aləminə, geyim üslubuna etdikləri təsirin təhlili aparılacaq. 

Yüz ildən çox müddət ərzində kinematoqrafiya ən güclü moda diktəcisi, yayıcısı olub. Ona görə də kino ulduzlarının şəxsi geyim üslublarının zəmanələrinin estetikasına təsiri, onların yaratdıqları surətlərin bu günədək aktuallığını itirməməsi böyük əhəmiyyət kəsb edir.

14 mart 2018-ci il, saat 19.00
“Müasir dəbdə 1960-cı illər ənənəsi”

Mühazirədə 1960-cı illərin dəbi, onun bugünkü moda trendlərinə təsiri və müasir modelyerlərin istifadə etdikləri keçmiş üslub tapıntıları haqda məlumat veriləcək. 

1960-cı illər dəb tarixində əsrin birinci yarısının estetikasına yekun vuran və gələcəyə yol açan inqilabi yeniliklər dövrü oldu. 1960-cı illərin dəbində xüsusi dinamizm və incəlik var idi. 

Mühazirəçi haqqında:
Natalya Tolkunova jurnalist və tərcüməçidir, Moskva Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur, moda tarixçisi Aleksandr Vasilyevin rəhbərlik etdiyi “Moda nəzəriyyəsi və sənayesi” proqramı üçün “Moda jurnallarının tarixi”, “Kino və moda”, “Dəb ikonaları” mövzularında mühazirələr oxuyur. “Doroqoy” və “Sur la Terre” jurnallarında redaktor vəzifəsində çalışıb. “50-ci illər: kuturyelərin sonuncu istehkamı” adlı kitabın müəllifidir.



Şəhər
Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.

Mühazirə "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi"

YARAT Akademiyasının növbəti məruzəçisi kurator, yazıçı və müəllim Misal Adnan Yıldız olacaq. Mühazirənin mövzusu: "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi".

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.