YARAT Freestyle: Kriya-yoqa

  • 06.05.2018
  • 4048

  • Şəhər

İlk dəfə olaraq quru Svami Bodhiçitanada Sarasvati Kriya-yoqa haqqında biliklərini bölüşmək üçün YARAT'a gəlir.
Svami Bodhiçitanada Sarasvati 1991-ci ildən Hind Himalay dağlarında yaşayan Kriya-yoqdur. O, Kaliforniyada Parahahansa Yoqananda tərəfindən təsis edilmiş "Özünü reallaşdırmaq" proqramının və Rişikeşdə Sri Svami Çidananda Sarasvatinin ustad dərslərinin iştirakçısı olub. 35 il yoqa təcrübəsinə malik Svami Bodhiçitanada Sarasvati əsasən Kriya-yoqa Babaci, İnteqral və Təkamül Mənəviyyat haqqında insanlara dərs deyir. Ustad Rişikeşdə yerləşən Himalay yoqa aşramının yaradıcısıdır. Bu məkan Hindistanın mənəvi biliklərini və mədəniyyətini inkişaf etdirmək, dünyanın bütün dinlərini və müqəddəslərini öyrənmək, eləcə də Həqiqət haqqında bilik və təcrübə qazanmaq üçün bir platformadır.

Mühazirə ingilis dilində rus dilinə sinxron tərcümə ilə keçiriləcək

Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün əlaqə: 0502469292
Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır

17-19 may, saat 19:00
YARAT Mərkəzi



Şəhər
Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.

Mühazirə "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi"

YARAT Akademiyasının növbəti məruzəçisi kurator, yazıçı və müəllim Misal Adnan Yıldız olacaq. Mühazirənin mövzusu: "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi".

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.